Qaynar xətt:

(+99450) 247 90 86

Batmaqda olan gəmidən çıxan kapitanı hansı cəza gözləyir?- HÜQUQİ YARDIM 

Batmaqda olan gəmidən çıxan kapitanı hansı cəza gözləyir?- HÜQUQİ YARDIM 

REDAKTORUN SEÇİMİ

325

20.11.2022, 14:09

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.

 

Bu dəfə təqdim etdiyimiz mövzu hərbi gəmidə olan kapitanın məsuliyyəti ilə bağlıdır.

 

Bununla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsində,Maddə 344-də söhbət açılır.

Batmaqda olan hərbi gəmini öz xidməti vəzifələrini axıradək yerinə yetirməyən komandirin, habelə komandirin müvafiq sərəncamı olmadan gəminin komanda heyətinə daxil olan şəxsin tərk etməsi— iki ilədək müddətə hərbi xidmət üzrə məhdudlaşdırma və ya iki ilədək müddətə intizam xarakterli hərbi hissədə saxlama və ya üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

344.2. Eyni əməl müharibə vaxtı və ya döyüş şəraitində törədildikdə—beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

 

Hazırladı: Miri Məcidli