Qaynar xətt:

(+99450) 247 90 86

Ölən şəxsi yardılar,ölüm səbəbi polisləri şoka saldı - FOTOLAR

Ölən şəxsi yardılar,ölüm səbəbi polisləri şoka saldı - FOTOLAR

REDAKTORUN SEÇİMİ

1358

19.11.2022, 20:46

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Xəstəxanada ölən şəxsin ölüm səbəbi hüquq mühafizə orqanlarını dəhşətə gətirib.

Oxu24.com Haberler.com saytına istinadən xəbər  verir  ki, ürəyi dayandığı üçün Konyada xəstəxanaya yerləşdirilən, lakin xilas ola bilməyən 38 yaşlı suriyalı Hasen Alluşun yarılmasında boynunda və qabırğalarında qırıqlar aşkarlanıb.

Bununla bağlı hərəkətə keçən polis həmin şəxsin ailəsi tərəfindən aparıldığı “cin çıxarma” sessiyası zamanı boğularaq öldürüldüyünü üzə çıxarıb. Hadisə ilə bağlı 5 nəfər saxlanılarkən, Alluşun cin çıxardan “şəxs tərəfindən   boğazını sıxarkən ürəyinin dayandığı müəyyən edilib.

Alluşun meyitinin yarılması zamanı boynunda boğulma izləri, boyun və qabırğalarında sınıqlar aşkarlanıb. Hadisə ilə bağlı araşdlrma başlanılıb.

 

Tərcümə: Nigar Oktayqızı