Qaynar xətt:

(+99450) 247 90 86

ƏHALİNİN DİQQƏTİNƏ! Bakıda polis ticarət mərkəzlərinə, marketlərə bu elanı vurdu

ƏHALİNİN DİQQƏTİNƏ! Bakıda polis ticarət mərkəzlərinə, marketlərə bu elanı vurdu

REDAKTORUN SEÇİMİ

682

18.11.2022, 19:47

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda bir sıra obyektlərə kibercinayətkarlıqla bağlı xəbərdarlıq elanları vurulub.

Oxu24.com  Lent.az-a istinadən xəbər verir ki, elanlar Səbail rayonu ərazisindəki bəzi ticarət mərkəzləri, marketlər, insanların sıx toplaşdığı yerlər və ödəmə terminallarına yapışdırılıb.

Bu təşəbbüs isə Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən həyata keçirilib. Elanda deyilir:

“Vətəndaşların diqqətinə! Son zamanlar bəzi işbazlar müxtəlif saytlarda kirayə ev, mobil telefon satışı, işə düzəltmək, müxtəlif xidmətlərlə bağlı saxta elan yerləşdirməklə vətəndaşların etibarından sui-istifadə edirlər.

Xahiş olunur bu kimi şəxslərə etibar edib bank kartına və ya hər hansı bir hesab nömrələrinə pul göndərməyin”.