Başı betona dəyibmiş - Polkovnikin ölümünün DETALLARI
14 Oktyabr 2026, 22:57
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
325
18.11.2022, 17:06
Oxu24.com oxuculara hüquqi yardım layihəsini davam etdirir.
Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi, bərpası, Azərbaycan Respublikası vətəndaşlığından çıxması ilə bağlıdır.
Bunun üçün qayda necədir?
Azərbaycan Respublikasının ərazisində son beş il ərzində fasiləsiz olaraq qanuni əsaslarla daimi yaşayan, qanuni gəlir mənbəyi olan, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına riayət olunması barədə öhdəlik götürən, habelə Azərbaycan Respublikasının dövlət dilini bilməsi haqqında sənəd təqdim edən əcnəbi və vətəndaşlığı olmayan şəxs mənşəyindən, irqi və milli mənsubiyyətindən, cinsindən, təhsilindən, dinə münasibətindən, siyasi və başqa əqidələrindən asılı olmayaraq qanunvericiliyə müvafiq surətdə öz vəsatəti ilə Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilə bilər.
Əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti ona qanunvericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə və ya qaçqın statusu verildiyi gündən hesablanır.
Əvvəllər Azərbaycan Respublikasının vətəndaşı olmuş və ya Azərbaycan Respublikası vətəndaşlığına xitam verilmiş şəxsin vəsatəti ilə o, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin ikinci hissəsində sadalanmış məhdudiyyətlər nəzərə alınmaqla Azərbaycan Respublikasının vətəndaşlığına bərpa edilə bilər.
Azərbaycan Respublikasının vətəndaşlığından çıxma qanunvericiliklə müəyyənləşdirilmiş qaydada şəxsin vəsatəti üzrə həyata keçirilir.
Azərbaycan Respublikası vətəndaşlığına bərpa və ya vətəndaşlığına xitam verilmə barədə Azərbaycan Respublikası ərazisində yaşayan şəxslər Dövlət Miqrasiya Xidmətinə, xarici dövlətlərdə yaşayan şəxslər isə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluq idarələri vasitəsi ilə Xarici İşlər Nazirliyinə müraciət edirlər.
Azərbaycan Respublikası vətəndaşlığına qəbul barədə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidmətinə müraciət edirlər.
Şəxs Azərbaycan Respublikası vətəndaşlığını əldə edərkən vətəndaşlığı almaq üçün zəruri olan məlumatı qəsdən saxtalaşdırmışsa və ya saxta sənəd təqdim etmişsə, əldə etdiyi Azərbaycan Respublikası vətəndaşlığını itirir.
Azərbaycan Respublikasının Prezidenti tərəfindən şəxsin Azərbaycan Respublikası vətəndaşlığına qəbulu, bərpası və ya onun vətəndaşlığına xitam verilməsi barəsində müvafiq sərəncam verilir.
Hazırladı: Miri Məcidli
00:52 / 16 Oktyabr 2026
87
00:10 / 16 Oktyabr 2026
112
23:39 / 15 Oktyabr 2026
91
23:19 / 15 Oktyabr 2026
119
23:00 / 15 Oktyabr 2026
125
22:40 / 15 Oktyabr 2026
128
22:22 / 15 Oktyabr 2026
120
22:15 / 15 Oktyabr 2026
426
22:10 / 15 Oktyabr 2026
135
22:06 / 15 Oktyabr 2026
138
22:06 / 15 Oktyabr 2026
94
22:06 / 15 Oktyabr 2026
105
21:55 / 15 Oktyabr 2026
128
21:42 / 15 Oktyabr 2026
113
21:23 / 15 Oktyabr 2026
180
21:12 / 15 Oktyabr 2026
125
21:07 / 15 Oktyabr 2026
176
20:56 / 15 Oktyabr 2026
112
20:48 / 15 Oktyabr 2026
119
20:30 / 15 Oktyabr 2026
181
20:21 / 15 Oktyabr 2026
107
20:13 / 15 Oktyabr 2026
102
20:07 / 15 Oktyabr 2026
104
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.