Qaynar xətt:

(+99450) 247 90 86

Avtomobilimin işıq cihazlarında dəyişiklik etmək olarmı? - Hüquqi yardım 

Avtomobilimin işıq cihazlarında dəyişiklik etmək olarmı? - Hüquqi yardım 

REDAKTORUN SEÇİMİ

389

17.11.2022, 15:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Oxu24.com oxuculara hüquqi yardım layihəsini təqdim edir.

Bu dəfə təqdim etdiyimiz mövzu avtomobilin işıq cihazları ilə bağlıdır.

Avtomobilimin işıq cihazlarında dəyişiklik edə bilərəmmi?

Nəqliyyat vasitələri və onların hər bir ehtiyyat hissəsi müəyyən sınaqlar nəticəsində təsdiq olunmuş beynəlxalq standartlar əsasında istehsal olunur.

Avtomobil birmənalı olaraq "təhlükəli hərəkət mənbəyi" hesab olunduğu üçün onun üzərində istehsalçı zavod tərəfindən nəzərdə tutulmayan hər hansı bir dəyişiklik gələcəkdə ağır nəticəli yol-nəqliyyat hadisəsinin baş veməsinə real zəmin yaratmış olur.

Araşdırmalar göstərir ki, "Led" tipli işıqdiodlu lampalar avtomobilin hərəkəti zamanı yola düzgün işıq vurmur, xüsusən də uzaq məsafə rejimində daha çox təhlükə yaradır.

"Yol hərəkəti haqqında" Qanunun 1 saylı əlvəsinin III-cü bəndinin tələblərinə görə xarici işıq cihazlarının miqdarı, tipi, rəngi, yerləşməsi və iş rejimi nəqliyyat vasitəsinin konstruksiyasına uyğun olmadıqda onun istismarı məqsədəmüvafiq deyildir.

 

Miri Məcidli