Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI

SON DƏQİQƏ! Milli Hidrometeorologiya Xidməti XƏBƏRDARLIQ YAYDI

REDAKTORUN SEÇİMİ

1014

15.11.2022, 21:31

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Noyabrın 16-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən  Oxu24.com-a  verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu Bakıda gecə 7-9°, gündüz 12-14° isti olacaq. Atmosfer təzyiqi 768 mm civə sütunundan 761-ə enəcək. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-5° isti olacaq.