Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
76072
az

Qarındakı qurdlardan qurtulmağın təbii yolu (VİDEO)

21:1608 Noyabr, 2022
451
REDAKTORUN SEÇİMİ
  • A

Qarındakı qurdlardan qurtulmağın təbii yolu
Qurd xəstəlikləri həm uşaqlarda, həm də böyüklərdə ən yayılmış xəstəliklərdən biridir. Belə problemlərə uşaqlar arasında daha çox rast gəlinir. Müalicə ilə bağlı əsas çətinlik törədən məqam isə qurdların orqanizmdən gec təmizlənməsi ilə bağlıdır. Buna görə də həkimlər çox dərman yazmağa məcbur qalırlar.  Dərmanlar çox olsa da, bəzən qurdlar orqanizmdən təmizlənmir. Körpə orqanizmlər isə kimyəvi dərmanlarla çox yüklənir. Bu da əlbəttə fəsadsız ötüşə bilməz. 

Orqanizmdə qurdun əlamətləri:
Başağrısı
Halsızlıq
İştahasızlıq
Ürəkbulanma
Sancılar
Qəbzlik və ya ishal
Dilin üzərində ərp
İmmunitet zəifliyi
Çəki azlığı
Göbək nahiyyəsində ağrılar
Qaşınma
Ağız boşluğunda qoxunun yaranması və s.
Qurdları orqanizmdən təmizləmək üçün çoxlu sayda dərmanlar var. Lakin bəzi xalq təbabəti vasitələri effektivliyinə görə bu dərmanlardan heç də geri qalmır. Həmçinin belə təbii vasitələrin heç bir yanlış və əks-təsiri yoxdur. İndi deyəcəyim təbi vasitə dəyərli həkimimiz Fizuli Hüseyinovun reseptidir.
Həkim-fitoterapevt Fizuli Hüseynov sosial şəbəkədə orqanizmdə olan bütün qurdları məhv edən qarışım haqqında paylaşım edib. O bildirib ki, bu qarışım həm lyambliya əleyhinə, həm askarid əleyhinə, həm də bizquyruq və başqa qurdlar əleyhinə (bağırsaqlarda parazitlik edən qurdlara) olduqca təsirlidir.
 Lazım olan bitkilər:
Dağtərxunu (toz formasında) 50 qram;
Zəncəfil (toz formasında) 30 qram;
Balqabaq toxumu (toz formasında) 50 qram;
Zəyərək (toz formasında) 20 qram;
Səna yarpağı (toz formasında) 10 qram.
Bitkilər toz formasında bir birinə qarışdırılır, qarışıqdan gündə 3 dəfə yeməkdən 30 dəq əvvəl 1 çay qaşığı ağıza atılır üstdən 1 stəkan su içilir. 5 yaşa qədər uşaqlar yarım çay qaşığı, 5 yaşdan yuxarı uşaqlar 1 çay qaşığı, 10 yaşdan yuxarı uşaqlar isə 1 dolu çay qaşığı istifadə etməlidirlər. Acılığın qarşısını almaq üçün 1 çay qaşığı qarışımı 1 çay qaşığı bal ilə qarışdırıb içmək olar. Lakin bal ilə qarışdırdıqda onu saxlamaq olmaz, çünki bu zaman bitkilərin acılığı bala keçir və qarışım acı dadır.
 Həkim əlavə edib ki, qarışımın tərkibindəki bitkilər həm ödqovucudur, həm də qurdqovucu olduğundan öd yollarında parazitlik edən lyambliyalar əleyhinə də təsirlidirlər. Qarışımın içindəki zəyərək və səna işlədici olduğundan ölmuş qurdların bağırsaqlardan tez xaric olmasına səbəb olur.
 Müalicə müddəti 2 həftədir. Qarışımdan istifadə etdikdə səpgilər və ya əlavə təsirlər olduqda istifadəni dayandırmaq lazımdır.

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Şəmkirdən dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Kapital Bank-ın 2023-cü ilin yekunları və 2024-2026-cı illər strateji dövrünə dair mətbuat konfransı
ABŞ Polşada Avropanın ən şərqində yerləşən xüsusi təyinatlılar bazasını açıb

18+

Ərinə ülgüclə xəsarət yetirən qadın tutulub (18+)
Rusiya Ukrayna gəmilərini belə vurdu - VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Gəncədə FACİƏ: 26 yaşlı gənc dəm qazından boğuldu