Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1312
08.11.2022, 20:58
Tarixçilərin və arxeoloqların dediklərinə görə, çörək bəşər övladına 15 min il bundan qabaq məlum idi. Qədim insanlar od almağı öyrəndikdən sonra qızmar daş üstündə şit kökə bişirməyə başlamışdılar. Bununla da qida problemi qismən həll edilmişdi. İnsan həyatı boyu digər qida məhsulları ilə birlikdə təqribən 15 ton çörək yeyir. Tarix boyu çörək üstündə qırğınlar baş verib, müharibələr gedib.
Çörəyin müqəddəsliyi haqqında bu günə kimi çoxlu sayda kitab yazılıb, məsləhətlər verilib, fikirlər söylənilib, zərbi-məsəllər yaranıb.
Hansı ərzaqlarla çörək yemək olmaz?
1. Meyvə salatı
Bu yemək yüngül tərkibdən ibarət deyil, böyük miqdarda şəkər və sellüloza çörəklə birləşərək mədə qıcqırmasına çevrilir.
2. Kələm turşusu
Kələm turşusunu çörəklə yemək olduqca ziyandır, bu məhsulların vəhdəti mədə qıcqırması və qarın köpü yaradır. Ümumiyyətlə, dietoloqlar hər hansı turşu ilə çörək yeməyi məsləhət görmür.
3. Mürəbbə
Amerikasayağı səhər yeməyi: qızarmış çörək və mürəbbə. Bəli, onların birləşməsi çox ləzzətli ola bilər, amma bu, faydalı deyil. Uzun müddət belə səhər yeməyi və ya qəlyanaltı toxluq hissi vermir, üstəlik mədə problemləri ilə artıq çəkiyə zəmanət verir.
4. Göbələk
Göbələk özlüyündə asan həzm olunmayan ağır yeməkdir. Dietoloqlar əbəs yerə 14 yaşadək olan uşaqlara bu məhsulu qadağan etmir. Belə ağır yeməyin öhdəsindən gəlmək sadəcə uşaq üçün deyil, böyüklər üçün çətindir. Buraya ağ və sevdiyiniz çörəyi əlavə etsəniz, yeməyin həzm daha da çətin olacaq.
5. Yağlı yeməklər
Ağ çörək həzm proseslərini çətinləşdirir, odur ki, ət, balıq və toyuq kimi yağlı yeməkləri qara çörəklə yemək tövsiyə edilir. Sağlam qidalanma mütəxəssisləri iddia edir ki, əti qara çörəklə yemək onun daha yaxşı həzm olunmasına və əmilməsinə kömək olur.
Çörəyi həm tək yemək, həm də tərəvəz və göyərti ilə birləşdirmək olar. Çörəyi çox sevirsinizsə, onu evdə mayasız hazırlanmış çörəklə dəyişməyə dəyər.
00:27 / 17 Oktyabr 2026
108
00:12 / 17 Oktyabr 2026
76
23:58 / 16 Oktyabr 2026
96
23:49 / 16 Oktyabr 2026
136
23:42 / 16 Oktyabr 2026
93
23:42 / 16 Oktyabr 2026
160
23:29 / 16 Oktyabr 2026
483
23:22 / 16 Oktyabr 2026
75
23:08 / 16 Oktyabr 2026
82
23:06 / 16 Oktyabr 2026
458
23:01 / 16 Oktyabr 2026
91
23:00 / 16 Oktyabr 2026
76
22:55 / 16 Oktyabr 2026
352
22:52 / 16 Oktyabr 2026
74
22:45 / 16 Oktyabr 2026
79
22:35 / 16 Oktyabr 2026
634
22:25 / 16 Oktyabr 2026
93
22:14 / 16 Oktyabr 2026
80
22:11 / 16 Oktyabr 2026
74
22:08 / 16 Oktyabr 2026
86
21:50 / 16 Oktyabr 2026
116
21:18 / 16 Oktyabr 2026
104
21:16 / 16 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.