Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
748
05.11.2022, 19:12
Qaxda 15 yaşlı qardaş 17 yaşlı bacısını bıçaqlayaraq qətlə yetirib.
Oxu24.com-un məlumatına görə, hadisə ötən gün axşam saatlarında Qax şəhər Cavanşir Rəhimov küçəsi ev 5-də baş verib.
17 yaşlı Albina Papiaşvilinin üzərində xəsarətləri olan meyiti otaqlardan birində, yatdığı yerdə aşkar olunub. Qax rayon hüquq-mühafizə orqan əməkdaşlarının isti izlərlə keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni zərərçəkmişin qardaşı 15 yaşlı Jora Papiaşvili olduğu müəyyən olunub. Keçirilmiş tədbir nəticəsində Jora Papiaşvili şübhəli şəxs qismində saxlanılıb. Bacı-qardaşın yaxınları bildiriblər ki, Albina və Jora Qax şəhərində kirayədə yaşayıblar. Onların atası 6-7 il öncə elektrik cərəyanı vurması nəticəsində dünyasını dəyişib. Atanın ölümündən sonra onların anası qeyri-rəsmi nikaha daxil olub və bundan sonra ana ilə uşaqlar arasında narazılıq yaşanıb. Qohumlar onu da iddia ediblər ki, Albina və Joranın anası onlarla maraqlanmayıb, uşaqlar nəzarətsiz qalıblar.
Hazırda kirayə yaşadıqları evdə Albina qardaşı ilə yanaşı sevdiyi oğlanla qalıb. Bəzi vaxtlar isə həmin evə onun rəfiqəsi də gəlib. Qətlin baş verdiyi gün isə bacı-qardaş evdə tək olublar. Nəvəsinin telefona cavab vermədiyini görən nənə evə gedərək dəhşətli hadisə ilə üzləşib. Qohumların sözlərinə görə, Albina və Jora çox mehriban olublar.
Faktla bağlı Qax Rayon Prokurorluğunda qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanıb.
13:16 / 17 Oktyabr 2026
14
13:15 / 17 Oktyabr 2026
19
12:55 / 17 Oktyabr 2026
68
12:39 / 17 Oktyabr 2026
260
12:28 / 17 Oktyabr 2026
188
12:22 / 17 Oktyabr 2026
101
12:10 / 17 Oktyabr 2026
121
12:00 / 17 Oktyabr 2026
88
11:54 / 17 Oktyabr 2026
67
11:50 / 17 Oktyabr 2026
338
11:48 / 17 Oktyabr 2026
73
11:37 / 17 Oktyabr 2026
75
11:35 / 17 Oktyabr 2026
84
11:33 / 17 Oktyabr 2026
74
11:01 / 17 Oktyabr 2026
185
10:59 / 17 Oktyabr 2026
71
10:51 / 17 Oktyabr 2026
91
10:50 / 17 Oktyabr 2026
106
10:13 / 17 Oktyabr 2026
233
10:11 / 17 Oktyabr 2026
80
09:50 / 17 Oktyabr 2026
115
09:18 / 17 Oktyabr 2026
1816
09:13 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.