Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
700
05.11.2022, 12:46
Daxili İşlər Nazirliyi (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssislərinin iştirakı ilə gizli sexlərdə saxta spirtli içkilər hazırlayaraq satış şəbəkəsi quran daha bir mütəşəkkil dəstəyə qarşı əməliyyat keçirilib, Emil Həsənov, Elçin Mirzəyev, Mikayıl Abbasov, Cahid Şahbazov, Rasim Nuriyev, Neman Abdullayev, Tərxan Kəlbiyev və Sərqam Orucov saxlanılıb.
Bu barədə Oxu24.com-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib.
Müəyyən olunub ki, Mikayıl Abbasovla Elçin Mirzəyev paytaxta yaxın qəsəbələrdə gizli sexlər yaradaraq orada kustar üsulla viski, tekila, konyak, araq və digər növdən olan spirtli içkilər hazırlayıblar. Daha sonra bu şəxslər spirtli içkilərin topdan satışı ilə məşğul olan Neman Abdullayev, eləcə Bakı şəhərində yerləşən “Gold Baku” və “Tunel” gecə klublarının sahibləri Cahid Şahbazov, həmçinin Emil Həsənovla birgə cinayət əlaqəsinə girərək saxta spirtli içkilərin həmin obyektlərdə müştərilərə satışını təşkil ediblər.
Əməliyyat tədbirlərinin davamı olaraq Baş İdarənin əməkdaşları tərəfindən adları sadalanan şəxslərə məxsus saxta spirtli içkilərin hazırlandığı sexlərə, anbarlara və gecə klublarına baxış keçirilib. Həmin obyektlərdən xeyli sayda müxtəlif əmtəə nişanları altında qablaşdırılmış saxta spirtli içkilər, çoxsaylı etiketlər, qapaqlar, qidada istifadəsi nəzərdə tutulmayan texniki spirt və sair maddi sübutlar aşkar olunaraq götürülüb.
Aşkar edilən saxta spirtli içkilərin ekspertizası zamanı müəyyən edilib ki, həmin məhsullar istifadəyə yararsız olmaqla bərabər insan sağlamlığı üçün də ciddi təhlükə mənbəyidir.
Faktlarla bağlı Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Mütəşəkkil dəstənin üzvləri barəsində Nərimanov Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Qeyd olunan hüquqazidd əməllərin hərtərəfli araşdırılması istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
14:30 / 17 Oktyabr 2026
1
14:23 / 17 Oktyabr 2026
105
14:15 / 17 Oktyabr 2026
28
13:55 / 17 Oktyabr 2026
50
13:47 / 17 Oktyabr 2026
111
13:45 / 17 Oktyabr 2026
53
13:40 / 17 Oktyabr 2026
73
13:31 / 17 Oktyabr 2026
70
13:30 / 17 Oktyabr 2026
57
13:25 / 17 Oktyabr 2026
73
13:16 / 17 Oktyabr 2026
127
13:15 / 17 Oktyabr 2026
83
12:55 / 17 Oktyabr 2026
143
12:39 / 17 Oktyabr 2026
503
12:28 / 17 Oktyabr 2026
287
12:22 / 17 Oktyabr 2026
137
12:10 / 17 Oktyabr 2026
163
12:00 / 17 Oktyabr 2026
103
11:54 / 17 Oktyabr 2026
77
11:50 / 17 Oktyabr 2026
963
11:48 / 17 Oktyabr 2026
78
11:37 / 17 Oktyabr 2026
79
11:35 / 17 Oktyabr 2026
88
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.