Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
308
04.11.2022, 10:50
30 oktyabr, Azərbaycanın Xankəndi şəhəri. Artıq qarşılarında iki yol - ya Azərbaycan qanunları ilə yaşamaq, ya da Azərbaycan ərazisini tərk etmək – olduğunu başa düşən kütlə... Ermənilərin mitinq üçün seçdiyi tarix təsadüfi deyildi. Bir gün sonra Soçidə Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşü keçiriləcəkdi. Məhz bu görüş öncəsi "Azərbaycanın bir hissəsi olmayacağıq" demək hayların son hayqırışları idi desək, yeridir. Təbii ki, mitinqdə olduğundan daha qat-qat çox insanın qatıldığı illuziyasını yaratmaq əvvəlcədən hazırlanmış planın tərkib hissəsi idi. Mitinqin havadan dronlarla çəkilmə rakursları belə kütlənin daha çox görünməsinə hesablanmışdı.
Üstəlik iddialara görə, bir müddət əvvəl Xankəndiyə köçən erməni iş adamı Ruben Vardanyan Xankəndidəki mitinq üçün böyük xərc çəkib. O, pul qarşılığında Ermənistandan çoxlu adam gətizdirib. Ətraf rayonlardan gələnləri isə pulsuz benzin, su və qida ilə təmin edib. Bu artıq acizliyin son həddi ola bilər.
“Qafqazinfo” xəbər verir ki, Xankəndi aksiyası açıq-aşkar Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması prosesinə zərbə məqsədi güdürdü. Görünən o idi ki, separatçılar sülh istəmir və Soçi görüşü öncəsi beynəlxalq ictimaiyyəti, o cümlədən məsələnin mərkəzində dayanmış Rusiyanı manipulyasiya etməyə çalışırlar. Ermənilər yeganə ümid yeri kimi gördüyü Rusiya Prezidenti Vladimir Putinin bir neçə gün öncə səsləndirdiyi aşağıdakı fikirlərdən çox narahat olmuşa bənzəyirdi:
“Biz Ermənistana nəyisə diktə edə bilmərik və etməyə hazılaşmırıq. Əgər Ermənistan xalqı və rəhbərliyi hesab edirsə ki, sülh müqaviləsinin hansısa varinatını seçmək lazımdır, başa düşdüyüm qədər bu Vaşinqton planıdır. Hansı ki, Azərbaycanın Qarabağ üzərində suverenliyinin tanınmasını özündə əks etdirir. O zaman buyursunlar”.
Sadəcə etiraza çıxan kütlə anlamır ki, Azərbaycan hökuməti Qarabağdakı erməniləri ordan qovmaq niyyətində deyil. Heç vaxt da olmayıb. Necə ki, ötən ay Praqada keçirilən “Avropa siyasi birliyi” Zirvə Toplantısında Prezident İlham Əliyev də bunu bir jurnalistin sualına cavab verərkən demişdi:
“Qarabağ erməniləri bizim vətəndaşlarımızdır, onlarla nə vaxt danışacağımızı özümüz bilərik. Bu daxili işimizdir və məsələni hər hansı ölkə ilə müzakirə etmək fikrində deyilik”.
Açıq danışaq ki, mülki erməni əhalisinin Qarabağdan çıxarılmasını nəinki biz, heç beynəlxalq ictimaiyyət də istəmir. Çünki nə xəritədə Qarabağın yerini tanımayan, amma müharibə zamanı okeanın o tayından Azərbaycana nota göndərən Kanadadan tutumuş ayağımızın dibindəki İrana qədər bir çox ölkənin bu məsələdə hansı yanaşmanı göstərdiyini bilirik.
Bu məqamda bir sual yaranır: Birinci Qarabağ savaşından sonra 1 milyon azərbaycanlını köçkün salan Ermənistanmı daha humanistdir, yoxsa ermənilərin Xankəndidən didərgin düşməsinə deyil, orada Azərbaycan bayrağı altında yaşamasına icazə verən Azərbaycanmı?
30 oktyabrda Xankəndidə meydandakı kütlənin əksəriyyətinin heç bəlkə də nəyə görə küçəyə çıxdığından xəbəri yox idi. Onların beyinlərini yuyub mitinqi təşkil edənlərin Arutyunyanlar, Sarkisyanlar, Koçaryanlar, Saakyanlar olduğunu hər kəs bilir. Amma biz Xankəndindəki ermənilərlə dil tapmağa çalışdıqca, onlar sanki Azərbaycanın bu xoş niyyətindən istifadə etmək istəyir.
Sonda Xankəndidə mitinqə çıxan şəxslərə Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin 3-cü bəndini xatırlatmaq qalır: "Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər". Xülasə, Xankəndidə məskunlaşmış şəxslər Azərbaycan ərazisində qalmaq istəmirlərsə, oradan getmək hüquqdan sərbəst şəkildə istifadə edə bilərlər.
15:50 / 17 Oktyabr 2026
12
15:41 / 17 Oktyabr 2026
45
15:32 / 17 Oktyabr 2026
472
15:19 / 17 Oktyabr 2026
627
15:17 / 17 Oktyabr 2026
67
15:14 / 17 Oktyabr 2026
92
14:35 / 17 Oktyabr 2026
88
14:30 / 17 Oktyabr 2026
72
14:23 / 17 Oktyabr 2026
559
14:15 / 17 Oktyabr 2026
80
13:55 / 17 Oktyabr 2026
84
13:47 / 17 Oktyabr 2026
255
13:45 / 17 Oktyabr 2026
88
13:40 / 17 Oktyabr 2026
151
13:31 / 17 Oktyabr 2026
100
13:30 / 17 Oktyabr 2026
88
13:25 / 17 Oktyabr 2026
112
13:16 / 17 Oktyabr 2026
170
13:15 / 17 Oktyabr 2026
116
12:55 / 17 Oktyabr 2026
191
12:39 / 17 Oktyabr 2026
736
12:28 / 17 Oktyabr 2026
411
12:22 / 17 Oktyabr 2026
156
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.