Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
290
02.11.2022, 13:12
"Tərtər işi” üzrə təqsirləndirilərək mühakimə edilən və bu gün apellyasiya şikayətinə baxılacaq 11 nəfərin adı məlum olub.
Oxu24.com xəbər verir ki, "Report"un əldə etdiyi məlumata görə, bunlar kapitan Rauf Orucov, baş leytenant Sultan Zeydullayev, gizir Emin Adilzadə, leytenant Natiq Əliyev, kiçik çavuş Əlizamin Quliyev, əsgər Turan İbrahimli, Müşfiq Əhmədli, Məcid Qasımov, Faiq Əhmədov, Mirpaşa Mehdiyev və Atabəy Rəhimovdur.
Bu gün Gəncə Apellyasiya Məhkəməsində hakim Teyyub Muxtarovun sədrliyi ilə həmin şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə iclası başlayacaq.
Qeyd edək ki, Ali Məhkəmənin Plenumu "Tərtər işi" ilə bağlı 18 nəfər barəsində kassasiya qərarını ləğv edib və baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib.
Xatırladaq ki, rəsmi məlumata əsasən, Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Baş prokurorun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.
22:21 / 17 Oktyabr 2026
1
22:12 / 17 Oktyabr 2026
34
22:10 / 17 Oktyabr 2026
37
22:05 / 17 Oktyabr 2026
41
21:57 / 17 Oktyabr 2026
45
21:40 / 17 Oktyabr 2026
69
21:18 / 17 Oktyabr 2026
66
20:39 / 17 Oktyabr 2026
69
20:39 / 17 Oktyabr 2026
104
20:16 / 17 Oktyabr 2026
86
20:03 / 17 Oktyabr 2026
101
20:03 / 17 Oktyabr 2026
809
19:50 / 17 Oktyabr 2026
95
19:38 / 17 Oktyabr 2026
221
19:38 / 17 Oktyabr 2026
106
19:32 / 17 Oktyabr 2026
513
19:26 / 17 Oktyabr 2026
107
19:25 / 17 Oktyabr 2026
75
19:15 / 17 Oktyabr 2026
151
19:06 / 17 Oktyabr 2026
213
18:56 / 17 Oktyabr 2026
1871
18:51 / 17 Oktyabr 2026
96
18:49 / 17 Oktyabr 2026
223
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.