Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda böyük söküntü başlayır - Beş, doqquz mərtəbəli binalar və ... - VİDEO

Bakıda böyük söküntü başlayır - Beş, doqquz mərtəbəli binalar və ... - VİDEO

REDAKTORUN SEÇİMİ

1204

01.11.2022, 23:44

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakıda köhnə binalar söküləcək, əvəzində yeniləri inşa ediləcək.

Oxu24.com  xəbər verir ki, bu barədə Xəzər TV-yə müsahibəsində Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov bildirib.

O deyib ki, paytaxtda hər ikinci sakin SSRİ vaxtı tikilmiş, tipik çoxmənzilli binalarda yaşayır.

Bu o deməkdir ki, paytaxtda istismar müddəti başa çatan 5 mərtəbəyə qədər olan binalar və fərdi yaşayış evləri söküləcək.

Söküləcək binalar həm beşmərtəbəlilərdir, həm də doqquzmərtəbəlilər. Şəhər meri qeyd edib ki, söküntü sovet dövründə tikilmiş bütün yaşayış binalarına şamil olunacaq.

Həmin binalarda yaşayan sakinlər isə mərhələli şəkildə köçürüləcəklər.

Eldar Əzizovun sözlərinə görə, proses daimi xarakterlidir.