Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
299
01.11.2022, 23:41
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri general-polkovnik Məhərrəm Əliyev Naxçıvan Muxtar Respublikasına (MR) səfər edib.
Oxu24.com-un xəbərinə görə, Məhərrəm Əliyev xalqımızın ümummilli lideri Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstəsi qoyub, ulu öndərin xatirəsini dərin ehtiramla yad edib.
Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində ümummilli liderin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlara baxıb.
Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovla keçirilən görüşdə MR-da daimi dislokasiya olunan ordu, birləşmə və hərbi hissələrin maddi-texniki təminatı, şəxsi heyətin peşəkarlığının artırılması, xidməti-döyüş və məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş fikir mübadiləsi aparılıb.
Əlahiddə Ümumqoşun Ordusu, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Əlahiddə Naxçıvan Briqadası, Dövlət Sərhəd Xidmətinin “Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası və Naxçıvan MR Fövqəladə Hallar Nazirliyinin, qoşun və birləşmə rəhbərlərinin iştirakı ilə xidməti müşavirə keçirilib və məruzələr dinlənilib.
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tövsiyələrinə uyğun olaraq Silahlı Qüvvələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silah və döyüş texnikaları ilə təminatı, hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması istiqamətində qarşıda duran tapşırıqlar diqqətə çatdırılıb.
Səfər çərçivəsində dövlət sərhədinə, qərargah binalarına, əsgər yataqxanalarına, tibb məntəqələri və digər hərbi obyektlərə, həmçinin bölmələrin silahlanmasında olan zirehli döyüş texnikasına, aviasiya eskadrilyasına və hərbi təyinatlı vasitələrə baxış və hərbi hissələrin şəxsi heyəti ilə görüşlər keçirilib.
Xidmətdə fərqlənən hərbi qulluqçulara növbəti rütbələr verilib və hədiyyələr təqdim olunub.
23:19 / 17 Oktyabr 2026
38
22:59 / 17 Oktyabr 2026
43
22:49 / 17 Oktyabr 2026
77
22:21 / 17 Oktyabr 2026
111
22:12 / 17 Oktyabr 2026
90
22:10 / 17 Oktyabr 2026
75
22:05 / 17 Oktyabr 2026
80
21:57 / 17 Oktyabr 2026
112
21:40 / 17 Oktyabr 2026
132
21:18 / 17 Oktyabr 2026
84
20:39 / 17 Oktyabr 2026
86
20:39 / 17 Oktyabr 2026
128
20:16 / 17 Oktyabr 2026
99
20:03 / 17 Oktyabr 2026
125
20:03 / 17 Oktyabr 2026
1361
19:50 / 17 Oktyabr 2026
98
19:38 / 17 Oktyabr 2026
264
19:38 / 17 Oktyabr 2026
123
19:32 / 17 Oktyabr 2026
867
19:26 / 17 Oktyabr 2026
123
19:25 / 17 Oktyabr 2026
79
19:15 / 17 Oktyabr 2026
172
19:06 / 17 Oktyabr 2026
243
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.