Qaynar xətt:

(+99450) 247 90 86

Yevlaxdan dəhşətli xəbər: Ölən və yaralılar var

Yevlaxdan dəhşətli xəbər: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

505

29.10.2022, 14:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Yevlaxda ağır qəza baş verib, 2 nəfər ölüb. 

APA TV-nin yerli bürosunun xəbərinə görə, yol nəqliyyat hadisəsi şəhərin Ceyhun Mustafayev küçəsində qeydə alınıb.

41 yaşlı Həsən Mirzəyev idarə etdiyi minik maşınını Şəhidlər Xiyabanının hasarına çırpıb.

Hadisə nəticəsində sürücü 41 yaşlı şəhid qardaşı Həsən Mirzəyev, 44 yaşlı sərnişin Rüfət Həmidov dünyasını dəyişib.

Xəsarət alan daha iki nəfər sərnişin Yevlax rayon Xəstəxanasına yerləşdirilib.

Qəza zamanı avtomobil deformasiyaya uğrayaraq yararsız hala düşüb. Bundan başqa, Şəhidlər Xiyabanın giriş hissəsinin hasarının bir hissəsi uçub, darvazası yerindən qopub. 

Hadisənin baş vermə səbəbləri araşdırılır.