Qaynar xətt:

(+99450) 247 90 86

Milli Hidrometeorologiya Xidməti  XƏBƏRDARLIQ YAYIB: Qar yağacaq

Milli Hidrometeorologiya Xidməti  XƏBƏRDARLIQ YAYIB: Qar yağacaq

REDAKTORUN SEÇİMİ

1047

28.10.2022, 17:15

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu ərazilərə leysan və qar yağacaq, külək güclənəcək 

Milli Hidrometeorologiya Xidməti ölkə ərazisində hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq yayıb.

Oxu24.com  xəbər verir ki, Bakıda və Abşeron yarımadasında oktyabrın 29-u gün ərzində bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 28-i axşam şimal və qərb rayonlarından başlayaraq 30-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə leysan xarakterli intensiv olacağı, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Qərb küləyi arabir 15-20 m/s-dək güclənəcək.