Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
433
19.10.2022, 16:02
Sumqayıtda törətdiyi qayda pozuntusuna haqq qazandırmaq üçün yalan danışan sərxoş sürücü inzibati qaydada həbs edilib.
Daxili İşlər Nazirliyindən Oxu24.com-a verilən məlumata görə, oktyabrın 16-da Sumqayıt şəhərində 01-CC-310 dövlət qeydiyyat nişanlı “Niva” markalı avtomobilin sürücüsü bir neçə dəfə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Sumayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən ona “saxla” işarəsi verilib.
Lakin, sürücü buna məhəl qoymayaraq hərəkətini davam etdirib. Məhəlləarası yollarda yüksək sürətlə və təhlükəli formada avtomobili idarə edən sürücü əvvəlcə başqa bir “Toyota” markalı avtomobillə toqquşub. Hərəkətini davam etdirən sürücü daha sonra idarəetməni itirərək nəqliyyat vasitəsini yol kənarında yerləşən maneəyə vurub və avtomobili kanala aşırıb. Sürücü və yanında olan bir nəfər sərnişin polis əməkdaşları tərəfindən kanaldan çıxarılıb.
Araşdırma zamanı sürücünün Sumqayıt şəhər sakini Cəfər Həsənov olduğu məlum olub. Təyin edilən ekspertizaların nəticəsində onun avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün məsuliyyətdən yayınmaq məqsədi ilə yol polislərinin “saxla” əmrinə tabe olmadığı müəyyən edilib.
Qeyd edək ki, Cəfər Həsənovun hadisədən sonra sosial şəbəkələrdə videoları paylaşılıb. O, etdiyi qanun pozuntusuna haqq qazandırmaq üçün guya qəza zamanı yol-patrul xidməti avtomobilinin onun qarşısını kəsməsi səbəbindən idarəetməni itirdiyini və avtomobili kanala aşırdığını və polislərin onu köməksiz vəziyyətdə qoyaraq hadisə yerindən getdiyini bildirib. Amma hadisə yerinin yaxınlığında olan müşahidə kameralarından görünür ki, sürücünün qarşısı nəinki yol-patrul xidməti avtomobili, ümumiyyətlə heç bir nəqliyyat vasitəsi tərəfindən kəsilməyib.
Həmçinin sürücü və sərnişinin polislər tərəfindən sudan çıxarılaraq xilas edilməsi də hadisə şahidləri tərəfindən lentə alınıb. Cəfər Həsənova da təqdim edilən bu görüntülərdən sonra o, sosial şəbəkələrdə yol polisinin ünvanına səsələndirdiyi iddiaları özünü müdafiə etmək məqsədi ilə bilərəkdən yalandan dilinə gətirdiyini bildirib.
Cəfər Həsənovun törətdiyi qayda pozuntusu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücünün nəqliyyat vasitəsini idarə etmə hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 gün inzibati qaydada həbs edilib.
10:31 / 18 Oktyabr 2026
68
10:29 / 18 Oktyabr 2026
49
10:27 / 18 Oktyabr 2026
52
10:25 / 18 Oktyabr 2026
47
00:00 / 18 Oktyabr 2026
232
23:59 / 17 Oktyabr 2026
157
23:34 / 17 Oktyabr 2026
186
23:19 / 17 Oktyabr 2026
197
22:59 / 17 Oktyabr 2026
195
22:49 / 17 Oktyabr 2026
214
22:21 / 17 Oktyabr 2026
341
22:12 / 17 Oktyabr 2026
215
22:10 / 17 Oktyabr 2026
177
22:05 / 17 Oktyabr 2026
198
21:57 / 17 Oktyabr 2026
283
21:40 / 17 Oktyabr 2026
268
21:18 / 17 Oktyabr 2026
120
20:39 / 17 Oktyabr 2026
134
20:39 / 17 Oktyabr 2026
213
20:16 / 17 Oktyabr 2026
145
20:03 / 17 Oktyabr 2026
213
20:03 / 17 Oktyabr 2026
2424
19:50 / 17 Oktyabr 2026
128
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.