Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3217
14.10.2022, 10:02
Kürdəxanı qəsəbəsi Yeni yaşayış massivində baş verən intihar hadisəsi ilə bağlı burdayıq biz. 34 yaşlı Nahidə Umudova bu gün səhər saat 04:30 radələrində gördüyünüz bu yerdə, qaz borusundan özünü asaraq həyatına son qoyub. Həmin hadisə anbaan ərazidə olan müşahidə kameralarına düşüb. Onun intihar etməsinin səbəbi də elə ondan bir gün əvvəl həyat yoldaşının dünyasını dəyişməsi olub.
Məlum intihardan ilk olaraq mərhumun bacısı və qayınatası xəbər tutub. Qayınatası Məzahir Umudov deyir ki, Nahidə həyat yoldaşını çox sevib. Ona görə də yoldaşı Fəxri Umudovun ölümündən sonra yaşaya bilməyib: “Yatmışdıq, uşağın səsinə ayıldıq. Otağa girdik ki, bacısı dedi ay Məzahir dayı Aysel yoxdur. Adı Nahidə olsa da biz ona Aysel deyirdik. Dərhal çölə çıxdıq, düz kameranın qarşısında özünü asıb. Artıq gec idi, bədəni soyumuşdu. Bilirdim belə olacaq, amma bu tezlikcə olacağı ağlıma gəlməzdi. Biz onu qoruyardıq ki, intihar etməsin”.
Mərhumun qohumu Xosrov Cəbrayılov deyir ki, qardaşım oğlunun meyitini gətirəndə, meyitin bir tərəfində mən uzanmışam, digər tərəfində isə yoldaşı Nahidə: “Baxırdım ki, əlini meyitə çəkib deyir ki, Faxı gələcəm və elə dediyi kimi də getdi”.
Qonşuları deyir ki, 18 ildir evli olan Fəxri və Nahidə bir-birlərinə olan münasibətləri ilə hamıya nümunə olublar.
Mərhumun bacıları Aydan və Yasəmən deyir ki, Nahidə intihar etməzdən bir neçə dəqiqə əvvəl mərhum ərinin telefonuna “Mən sənsiz qala bilmərəm” mesajını yazıb. O, yazdığı mesajda 16 il sonra dünyaya gələn yeganə oğul övladları olan Yusif Umudovla bağlı vəsiyyətini də edib. Belə ki, 2 yaş yarımlıq Yusifi illərdir ki, övladı olmayan bacısı Yasəmən İbrahimovaya əmanət edib: “Uşağımızı övladı olmayana tapşırıram. Narahat olma, yanına gəlirəm. Yuxuma girib mənə yol göstərsəydin bu qədər aciz olmazdım. Övladını mənə əmanət edib, əlimdən gəldiyi qədər qoruyacağam, göz bəbəyim kimi”.
Bir-birlərini hər şeydən çox sevən bu iki şəxs-Fəxri və Nahidə eyni məzarda dəfn ediliblər.
Mərhumun anası və qaynanası deyir ki, Fəxrinin avtomobil qəzasında vəfat etməsi bu ailənin dağılmasına səbəb olub. Onlar baş verən hadisəyə düzgün hüquqi qiymətin verilməsini istəyirlər.
Qeyd edək ki, oktyabrın 10-da axşam saatlarında Kürdəxanı şosesi, Əjdər Məlikov küçəsində yerləşən “Nail Market”in qarşısında 23 yaşlı İlkanə Əhmədova idarə etdiyi “Chevrolet Malibu” markalı avtomobili yolun sağında dayanmış vəziyyətdə olan “Audi” və “Mitsubishi” markalı avtomobillərə çırpıb. Nəticədə avtomobilin yanında dayanmış “Mitsubishi”nin sürücüsü, 1984-cü il təvəllüdlü Umudov Fəxri Məzahir oğlu aldığı xəsarətlərdən hadisə yerində ölüb. 38 yaşlı F.Umudov müxtəlif şirkətlərdə çalışıb. O, son olaraq istixana kompleksində mühəndis kimi fəaliyyət göstərirmiş.
00:00 / 18 Oktyabr 2026
172
23:59 / 17 Oktyabr 2026
111
23:34 / 17 Oktyabr 2026
122
23:19 / 17 Oktyabr 2026
139
22:59 / 17 Oktyabr 2026
138
22:49 / 17 Oktyabr 2026
156
22:21 / 17 Oktyabr 2026
232
22:12 / 17 Oktyabr 2026
165
22:10 / 17 Oktyabr 2026
139
22:05 / 17 Oktyabr 2026
151
21:57 / 17 Oktyabr 2026
197
21:40 / 17 Oktyabr 2026
205
21:18 / 17 Oktyabr 2026
103
20:39 / 17 Oktyabr 2026
111
20:39 / 17 Oktyabr 2026
174
20:16 / 17 Oktyabr 2026
129
20:03 / 17 Oktyabr 2026
169
20:03 / 17 Oktyabr 2026
2023
19:50 / 17 Oktyabr 2026
119
19:38 / 17 Oktyabr 2026
354
19:38 / 17 Oktyabr 2026
167
19:32 / 17 Oktyabr 2026
1383
19:26 / 17 Oktyabr 2026
163
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.