Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1288
14.10.2022, 08:49
Azərbaycanda torpaqdan təyinatı üzrə istifadə edənlər onun hər hektarına görə 6 manat vergi, istifadə etməyənlər isə 200 manat cərimə ödəyəcəklər.
Oxu24.com xəbər verir ki, Bunu açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin Torpaqdan istifadəyə nəzarət şöbəsinin müdiri Firudin Tağıyev deyib.
"Sentyabrın 19-da “Təyinatı üzrə istifadə edilən və ya təyinatı üzrə istifadəsi mümkün olmayan kənd təsərrüfatı təyinatlı torpaqların müəyyən edilməsi meyarları və Qaydası" təsdiq edilib və bu qaydada dediyim məsələlər öz əksini tapıb. Cərimə məsələsi 2016-cı ildə imzalanmış müvafiq fərmanda olsa da, bunun tətbiqi üçün lazımi meyarları yox idi. İndi isə həmin meyarlar var və onların əsasında “Kənd təsərrüfatı torpaqlarının istifadəsi” altsistemi yaradılacaq. Altsistem hazır olandan sonra cərimə tətbiq ediləcək", - deyə o, qeyd edib.
Nazirlik rəsmisinin sözlərinə görə, yeni altsistem "Elektron Kənd Təsərrüfatı" İnformasiya Sisteminin (EKTİS) tərkibində olacaq, aidyyatı dövlət qurumları torpaqdan istifadə və torpaqların kadastrı ilə bağlı məlumatları bu sistemə ötürəcək.
"Burada əsas məsələ kənd təsərrüfatı təyinatlı torpaqların məhdud olmasıdır. Odur ki, biz torpaqları qorumalı və təyinatı üzrə, dayanıqlı istifadə etməliyik. Bunun üçün torpaq qanunvericiliyimizdə tələblər var. Son qərar bu baxımından xüsusi əhəmiyyət kəsb edir”, - deyə o, qeyd edib./report
SON DƏQİQƏ! Ermənistan rəsmən açıqlama yaydı: Azərbaycanla...
20:49 / 18 Oktyabr 2026
18
20:39 / 18 Oktyabr 2026
54
20:25 / 18 Oktyabr 2026
54
20:09 / 18 Oktyabr 2026
66
19:56 / 18 Oktyabr 2026
82
19:42 / 18 Oktyabr 2026
136
19:30 / 18 Oktyabr 2026
551
19:19 / 18 Oktyabr 2026
85
19:09 / 18 Oktyabr 2026
69
18:55 / 18 Oktyabr 2026
398
18:50 / 18 Oktyabr 2026
74
18:47 / 18 Oktyabr 2026
93
18:37 / 18 Oktyabr 2026
131
18:32 / 18 Oktyabr 2026
928
18:30 / 18 Oktyabr 2026
97
18:25 / 18 Oktyabr 2026
122
18:20 / 18 Oktyabr 2026
3436
18:15 / 18 Oktyabr 2026
72
18:00 / 18 Oktyabr 2026
79
17:21 / 18 Oktyabr 2026
135
16:10 / 18 Oktyabr 2026
104
16:05 / 18 Oktyabr 2026
116
15:55 / 18 Oktyabr 2026
117
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.