Qaynar xətt:

(+99450) 247 90 86

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

Azərbaycanda gecə saatlarında dəhşət: Ölən və yaralılar var

REDAKTORUN SEÇİMİ

578

14.10.2022, 08:16

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Astarada baş verən yol qəzasında 18 yaşlı gənc ölüb.

“Report”un Cənub Mərkəzinin verdiyi xəbərə görə, hadisə şəhərin H.Əliyev prospektində baş verib. Rayonun Ərçivan qəsəbə sakini, 2003-cü il təvəllüdlü İmaməli Arif oğlu Əliyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil idarəetmədən çıxaraq yolun kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü yüngül xəsarət alıb, sərnişin, 2004-cü il təvəllüdlü İmaməli İsmayıl oğlu Hüseynov isə aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Onun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

İlkin məlumata görə, qəzaya səbəb yağışlı havada sürət həddinin düzgün seçilməməsi olub.

Faktla bağlı araşdırma aparılır.