Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74680
az

Çoxu tualetdə bu səhvi edir! - Hər il 5 min insan buna görə ölür

23:4804 Oktyabr, 2022
1347
REDAKTORUN SEÇİMİ
  • A

Koronavirus pandemiyası şəxsi gigiyenaya əməl etməyin vacibliyini bir daha  xatırlatdı.  Sağlamlığımız-haqqında düşünməyi təxirə salmağa haqqımız olmayan xəzinəmizdir. Gigiyenik qaydaların düsturunun əsası isə hamam otağından və unitazdan başlayır.   
 Hər il 19 noyabr  “Ümumdünya Tualet Günü” kimi qeyd olunur. Məqsəd tualet problemlərinə, daha doğrusu, tualet gigiyenasına əməl edilmədiyinə görə, qazanılan xəstəliklərə diqqət çəkməkdir. BMT-nin araşdırmaları  nəticəsində məlum olub ki, dünyada hər gün 5000 uşaq tualetdəki gigiyenik şəraitin uyğunsuzluğu səbəbilə infeksion xəstəliklərə tutulur. Və əksəriyyəti ölür... 

 Məhz bu səbəbdən də, infeksionistlər deyir: “Tualet kağızından istifadə sağlamlıqdır!” Onlar bu fikirdədir ki, “su tualet kağızının alternativi deyil, hər ikisi gigiyenanın bir hissəsidir”. 
 Ölkəmizdə, əsasən, paytaxtdan kənarda çox rast gəlinən hallardan biri odur ki, insanlar yuyunduqdan sonra, ümumiyyətlə, tualet kağızından istifadə etmir. Səbəbini araşdırdıqda  məlum olur ki, bizim insanlar tualet kağızının suyun əvəzləyicisi olduğu fikrindədirlər. Əslində, bu hal başadüşüləndir. Çünki tualet kağızı keçən əsrdə insanların həyatına daxil olanda çoxları onu  tualet gigiyenasında alternativ vasitə  kimi qəbul etdilər; su əvəzinə kağızı seçənlər də oldu, “su olan yerdə kağızı neynirəm?!” deyənlər də...  Halbuki, tualet kağızının funksiyası yuyunduqdan sonra dərinin, daha dəqiq desək, bədənimizin ən həssas dəriyə malik  olan nahiyələrinin qurudulmasıdır. Su ilə yuyunma gigiyenanın təməlidir, amma yetərli deyil.
Belə ki, son dövrlərdə infeksion xəstəliklərin kökündə dayanan səbəblərdən birinin məhz tualet kağızından  istifadə etməmək olduğu aşkarlanıb. Və bu, o demək deyil ki, tualet kağızından istifadə edənlərin hamısı infeksion xəstəliklərdən sığortalanıb. Heç də  belə deyil. Tualet kağızından istifadə qədər ondan düzgün  istifadə etmək də vacib şərtdir. 

Bəs, tualet kağızından istifadə etmədikdə nə baş verir? 

Su ilə yuyunduqdan sonra tualet kağızından istifadə edilməməsi bakteriya, virus və göbələk mənşəli infeksion xəstəliklərə yol aça bilər. İzahı çox sadədir: anal və vaginal bölgə suyla yuyulur, ancaq tualet kağızı ilə qurulanmır. Beləcə, nahiyə nəm qalır. Nəmişlik isə bakteriyaların, virusların, göbələklərin inkişafı üçün əlverişli şərait yaradır. 
Tualet kağızı uşaq sağlamlığı üçün çox vacibdir.  Nahiyənin yuyulduqdan sonra silinməməsi, xüsusən, qız uşaqlarında   tez-tez təkrarlanan sidik yolu infeksiyalarına-sistitə səbəb olur. 
Yetkin yaşlı insanlar da tualet kağızından istifadəni tualet gigiyenasının bir hissəsi kimi qəbul etməlidirlər. Sidik ifrazından sonra nahiyəni yuyan, amma qurulamağı təxirə salan kişilərdə göbələk və bakteriya mənşəli xəstəliklər yaranır. Qaşınma, qızarıqlıq və pis qoxu ilə  özünü büruzə verən  xəstəliklər bir yana, tualet kağızından istifadə etməmək prostat xərçənginə də səbəb ola bilir. 
Qadınlar da tualet kağızından istifadə etməməyin yaratdığı faciəvi sonluqdan sığortalanmayıb. Vaginal bölgənin yuyulduqdan sonra qurudulmaması sidik yolu infeksiyasına və genital bölgədə meydana çıxacaq hər hansı xəstəliyə tutulma riskini artırır.  
Genital bölgənin bədənin “ən çox tərləyən nahiyəsi” olduğunu da unutmaq lazım deyil. Tərin səbəb olduğu nəm isə infeksion xəstəliklər üçün münbit şərait yaradır. Problemlərdən qaçmaq üçün genital bölgənin quruluğuna diqqət yetirilməlidir. Yuyunduqdan sonra tualet kağızından istifadə etməklə genital bölgənin quruluğunu təmin etmək olar. Bu zaman həm infeksion xəstəliklərin, həm də hemoroidal xəstəliklərin, xüsusən, anal fistuların əmələ gəlməsinin qarşısı alınar. 
Bəsən tualet kağızını dəsmalla əvəz edənlər də tapılır. İnfeksionistlər isə onların bu seçiminin yanlış olduğunu vurğulayırlar. Birdəfəlik istifadə üçün nəzərdə tutulan tualet kağızı əvəzinə dəfələrlə istifadə olunan dəsmalı seçmək və başqa vasitələrə üz tutmaq gigiyenaya riayət sayıla bilməz. Çünki təkrar-təkrar istifadə olunan dəsmallar, yaxud dəfələrlə emala məruz qalmış kağız məmulatlarından hazırlanan boz, pis qoxulu “ikinci növ” tualet kağızları E.Coli, Clostridium, Fusobacterium kimi infeksion xəstəliklərin yaranmasına səbəb olur. 
İnsan təbiətin ən dəyərli varlığıdır. Sağlamlığınız haqqında düşünərkən “ikinci növ” tualet kağızlarını düşüncə çərçivənizdən kənara itələyin. Siz hər şeyin ən yaxşısına layiqsiniz. Ən yaxşı tualet kağızından düzgün qaydada istifadə etməklə sağlamlığınızın keşiyində dayanın! 
Şəxsi gigeyanaya diqqət edin! Özünüzü və sağlamlığınızı qoruyun!

 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏTLİ OLUN! Bu məlumatı verən şəxsə 2000 manat mükafat veriləcək (VİDEO)
Qarabağda işləmək istəyənlərin NƏZƏRİNƏ!
Elşad Nağıyev saxlanılıb

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

18+

Şəhərin mərkəzində turistin bıçaqlanması kameraya düşdü (18+VİDEO)
Şagird müəllimənin başına zibil torbası keçirdi
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Qazaxda narkotik yetişdirən şəxs saxlanıldı