Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74596
az

TƏCİLİ! Polis Bakıda və rayonlarda böyük əməliyyat keçirdi: Xeyli sayda tutulan var

12:2803 Oktyabr, 2022
331
REDAKTORUN SEÇİMİ
  • A

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gündə 49 narkotacir tutulub onlardan 66 kiloqram narkotik maddə aşkar edilib.

Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib.

Bildirilib ki, Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son 20 gün ərzində paytaxt və bölgələrdə keçirilən əməliyyatlar zamanı ölkəyə qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotik maddələr gətirən, Azərbaycan ərazisindən tranzit kimi istifadə etməklə xaricə narkotik madələr göndərməyə çalışan, onlayn, eləcə də digər üsullarla narkotiklərin satışını təşkil edən transmilli mütəşəkkil dəstənin daha 49 nəfər üzvü saxlanılıb.

Həmin şəxslərdən ümumilikdə 66 kiloqram narkotik vasitə və psixotrop maddə, 2300 ədəd psixotrop tərkibli həb, 2 tapança və 1 ədəd tüfəng aşkar edilib.

Daxil olmuş məlumat əsasında həyata keçirilən xüsusi əməliyyatlar zamanı Ümid Əliyevlə Ziyafəddin Həsənov Biləsuvar və Ucar rayonlarında, Mətləb Yusibov, Şirxan Bağırlı, eləcə də Ruqiyyə Əsgərova isə Yasamal, Suraxanı və Abşeron rayonları ərazilərində saxlanılıblar.

Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 50 kiiloqram yüksək təsiredici narkotik maddə heroin, tiryək, marixuana, psixotrop maddə metamfetamin, 1300 ədəd psixotrop tərkibli həb, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri nağd pul vəsaitləri, qanunsuz pul dövriyyəsində istifadə etdikləri plastik kartlar və qeyd dəftərçələri aşkar edilib.

Adları çəkilən şəxslər paytaxt Bakı və bölgələrdə narkotikləri əsas tədarükçülərindən olmaqla bərabər xarici ölkələrə də narkotik maddələr göndərməyə çalışıblar.

Bu şəxslərin şəbəkəsinə daxil olan şəxslərin saxlanılması istiqamətində keçirilən əməliyyat tədbirlərinin davamı narkotiklərin intensiv satışını təşkil edən daha 44 nəfər saxlanılıb.

Həmin şəxslərdən isə 16 kiloqram müxtəlif növ narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər maddi sübutlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində həbs qətimkan tədbiri seçilib.

DİN sonda bir daha vətəndaşları narkotiklərdən uzaq durmağa, bu bəla ilə mübarizədə polis əməkdaşları ilə həmrəy olmağa çağırıb.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Üç nazirlik əhaliyə ÇAĞIRIŞ EDİR - DİQQƏT
Milli Hidrometeorologiya Xidməti hava ilə bağlı xəbərdarlıq yaydı
Tələbələrə şad xəbər: Bu güzəştlər olacaq (VİDEO)

Berlin səmasında MÜƏMMA: almanların başlarının üzərində “qara üzüklər” fırlanır -VİDEO

18+

Keçmiş porno aktrisa reper Diddidən 50 milyard dollar tələb edib
Baş nazir Putinlə görüşə bu avtomobildə getdi - VİDEO
Sumqayıtda "Zaman maşını”nın, itmiş və parallel dünyanın olduğu yer -“Qurd dərəsi”
Gündə 2 mixək çeynəyin - Bir Həftədən Sonra nəticəsin görün (VİDEO)
Bacısının şəkillərini internetdə görən qardaş dəhşət saçdı - Təfərrüat