Qaynar xətt:

(+99450) 247 90 86

ŞAD XƏBƏR! Ukrayna azad etdi

ŞAD XƏBƏR! Ukrayna azad etdi

REDAKTORUN SEÇİMİ

793

03.10.2022, 07:36

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ukrayna ordusu Donetsk vilayətinin üç yaşayış məntəqəsini Rusiya hərbçilərindən azad edib və Luqansk vilayətinin Kremennaya şəhərinə doğru irəliləyir.
Bu barədə “Report” Ukrayna mətbuatına istinadən xəbər verir. Məlumata görə, Ukrayna hərbçiləri Donetsk vilayətinin Liman yaxınlığında yerləşən Zareçnoye və Torskoye yaşayış məntəqələrini azad ediblər. Rusiya hərbçiləri məhz bu yaşayış məntəqələri vasitəsilə Liman şəhərini silah və şəxsi heyətlə təchiz edə bilirdilər.
Qeyd edilir ki, Ukrayna hərbçiləri Luqansk istiqamətində Kremennaya şəhərinə doğru hərəkət edirlər. Eyni zamanda Ukrayna ordusu Donetsk vilayətinin Torskoye kəndini də Rusiya hərbçilərindən azad edib. Bu barədə isə Ukrayna ordusunun Şərq qruplaşmasının sözçüsü Sergey Çerevatov bildirib.