Pensiya təyinatı ilə bağlı MİLLİ MƏCLİSİN QƏRARI
16 Oktyabr 2026, 12:25
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
487
01.10.2022, 12:51
Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən avqust-sentyabr ayları ərzində şəhər ərazisində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi, eləcə də kultivasiyası ilə məşğul olan, silsilə oğurluq, soyğunçuluq, xuliqanlıq cinayətləri edən və üzərində qanunsuz olaraq odlu silah saxlayan ümumilikdə 84 nəfər saxlanılıb.
Oxu24.com-un xəbərinə görə, həmin şəxslərdən 4-ü qadın olmaqla 60-ı narkotik cinayətləri ilə bağlı polisin keçirdiyi əməliyyat nəticəsində tutulub. Onlardan 50-i barəsində məhkəmə tərəfindən həbs, 10-u haqqında isə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Qanunsuz dövriyyədən müxtəlif çəkidə narkotik vasitə və psixotrop maddələr, eləcə də yüzlərlə narkotik tərkibli həblər çıxarılıb.
Qeyd edilən dövr ərzində Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı şəhər ərazisində yerləşən evlərdən, mağazalardan və avtomobillərdən oğurluqlar edən 8 nəfər saxlanılaraq istintaqa təhvil verilib. Bundan əlavə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarışda olan 11, vətəndaşlara qarşı soyğunçuluq və xuliqanlıq edən 2 və qanunsuz olaraq odlu silah saxlayan 2 nəfər tutularaq cinayət məsuliyyətinə cəlb olunub.
Həmçinin şöbə əməkdaşları tərəfindən şəhər ərazisində yerləşən kafelərin birində qumar oynayan şəxslər də müəyyən edilərək məsuliyyətə cəlb olunublar. Həmin kafeni icarə əsasında işlədən şəxs barəsində isə araşdırmalara başlanılıb.
Bu müddət ərzində Nazirliyin Baş Cinayət Axtarış İdarəsinin əməkdaşları ilə birgə keçirilən tədbirlərlə 2016-ci ildən bağlı qalmış bir oğurluq hadisəsinin üstü də açılıb.
Aşkar edilən bütün faktlarla əlaqədar Şirvan Şəhər Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar davam etdirilir.
10:16 / 20 Oktyabr 2026
5
10:11 / 20 Oktyabr 2026
18
10:10 / 20 Oktyabr 2026
19
10:06 / 20 Oktyabr 2026
26
10:00 / 20 Oktyabr 2026
39
09:55 / 20 Oktyabr 2026
42
09:43 / 20 Oktyabr 2026
473
09:41 / 20 Oktyabr 2026
39
09:36 / 20 Oktyabr 2026
107
09:34 / 20 Oktyabr 2026
56
09:09 / 20 Oktyabr 2026
114
09:06 / 20 Oktyabr 2026
59
09:04 / 20 Oktyabr 2026
58
00:26 / 20 Oktyabr 2026
182
00:19 / 20 Oktyabr 2026
113
23:56 / 19 Oktyabr 2026
147
23:45 / 19 Oktyabr 2026
108
23:40 / 19 Oktyabr 2026
106
23:36 / 19 Oktyabr 2026
141
23:36 / 19 Oktyabr 2026
144
23:34 / 19 Oktyabr 2026
135
23:30 / 19 Oktyabr 2026
152
23:30 / 19 Oktyabr 2026
162
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.