Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
74461
az

Əmək pensiyaları ARTIRILACAQ - RƏSMİ

17:4230 Sentyabr, 2022
159
REDAKTORUN SEÇİMİ
  • A
Əmək pensiyalarının indeksləşdirilməsi qaydasına dəyişiklik olunur. Oxu24.com xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən iclasında "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsi I oxunuşda müzakirəyə çıxarılıb. Dəyişikliklə əmək pensiyasının sığorta hissəsi, qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçılarına münasibətdə, həmin əlavələrlə birlikdə məbləği ildə bir dəfə ölkə üzrə orta müəyyən edilmiş aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir. Qanunun hazırkı maddəsi isə belədir: "Əmək pensiyasının sığorta hissəsi ildə bir dəfə ölkə üzrə orta aylıq nominal əməkhaqqının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən indeksləşdirilir". Digər bir dəyişikliklə isə qanunun 29-cu maddəsinin 2-ci bəndi çıxarılır. Həmin bənd hazırda belədir: "Qanun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır". Qanuna dəyişikliyin arayış hissəsində qeyd edilib ki, qulluq stajına görə əmək pensiyasına əlavələri almaq hüququ olan şəxslərin əmək pensiyalarının ümumi məbləğinin (əlavələrlə birlikdə) yenidən hesablanmasına münasibətdə əməkhaqqı, dövlət məvacibindəki sonrakı artımların təyin edilmiş ümumi pensiya məbləğinin indeksləşdirilməsi ilə əvəz edilməsi ilə əlaqədar qanun bu maddəsinə dəyişiklik edilməsi zərurəti yaranıb. 29-cu maddəyə edilən dəyişikliklə, artıq hər il həmin şəxslərin əmək pensiyasının əlavələrlə birlikdə ümumi məbləği də qanunun 29.1-ci maddəsinə əsasən indeksləşdiriləcək. Müzakirələrdən sonra dəyişiklik layihəsi I oxunuşda qəbul edilib. Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Tələbə qız öldü
Azərbaycanda məktəbli qızın "tiktok"da biabırçı videosu: Canlı yayımda görün nə etdi...
Çimnazın atası görün nələri danışdı - VİDEO

4 qulaqlı pişik görənləri MAT QOYDU - FOTOlar

18+

İntim əlaqədə olduğu oğlanı öldürdü - MƏHKƏMƏ
DİN İmişlidəki qəzanın görüntülərini yaydı- Video
Şəhid oğlunun ev şikayəti ilə bağlı- Gəncə RİH-dən açıqlama
Meymunçiçəyindən özümüzü necə qoruyaq? - QAYDASI +ƏLAMƏTLƏRİ
88 yaşlı kişini maşın vurub öldürdü