Qaynar xətt:

(+99450) 247 90 86

Baydenə Azərbaycanla bağlı çağırış - Skandal qətnamə

Baydenə Azərbaycanla bağlı çağırış - Skandal qətnamə

REDAKTORUN SEÇİMİ

396

28.09.2022, 13:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
BŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri Bob Menendez Azərbaycan əleyhinə skandal qətnamə təqdim edib.
Oxu24.com xəbər verir ki, ermənipərəst mövqeyi ilə seçilən və ABŞ-dakı “Erməni Milli Komitəsi” (ANCA) adlı qurumdan maliyyələşən senator Azərbaycanı “təcavüz”də ittiham edir. Menendez bədnam qətnamədə Prezident Co Baydeni Azərbaycana “Maqnitski Aktı”na uyğun olaraq sanksiya tətbiq etməyə çağırır. Həmçinin Dövlət Departamentinə ABŞ-ın Azərbaycana yardımını nəzərdən keçirmək üçün müraciət edir.
Öz qondarma ittihamlarında bir az da irəli gedən ermənipərəst Menendez Azərbaycanı "Ermənistan ərazisinə hücumda və mülki infrastrukturu atəşə tutmaqda" günahlandırır. Qətnamə digər ermənipərəst senator Marko Rubio ilə birgə təqdim olunub. Sənəd Menendezin dövlət katibi Entoni Blinkenə yazdığı məktubun ardınca açıqlanıb.