Onlara güzəşt olunacaq -MİLLİ MƏCLİS
20 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
2749
27.09.2022, 23:10
Rusiyada elan edilən səfərbərlikdən sonra Azərbaycana özəl jetlə uçuşlara tələbat artıb. Aviareyslərə tələbatın artması isə qiymətlərin bahalaşmasına səbəb olub.
Rusiyada fəaliyyət göstərən daşıyıcı şirkətdən bildirilib ki, əvvəl gün ərzində 50 sifariş olurdusa, indi bu say 5000-ə qalxıb. Qiymətlərsə kifayət qədər yüksəkdir. Lakin insanları maraqlandıran qiymətlər yox, ölkədən daha tez çıxmaqdır.
Oxu24.com-un məlumatına görə, təyyarəyə yer tapmayanlar özəl jetlərlə ölkədən çıxmağa çalışırlar.
Ru.siya Federasiyasında qismən səfərbərlik elan ediləndən sonra varlı rusiyalılar hakimiyyət orqanlarının səfərbərlik yaşında olan kişilər üçün sərhədləri bağlamağı planlaşdırdığı xəbərləri fonunda ölkədən çıxış yolu axtarırlar. Onların başqa ölkələrə üz tutması öz növbəsində özəl jetlərə tələbatın artması və uçuşların qiymətinin qalxması ilə nəticələnib.
Moskvada fəaliyyət göstərən "Your Charter" şirkətinin direktoru Yevgeni Bıkov qeyd edib ki, əvvəllər gündəlik 50 sifariş alırdılarsa, indi bu rəqəm 5000 -ə yüksəlib.
O qeyd edib ki, ən çox bilet satılan bu ay olub. Xüsusilə də 5 gün bilet sifarişi ən pik həddə çatıb.
Qeyd edək ki, Rusiya vətəndaşları əsasən Azərbaycan, Türkiyə ,Qazaxıstan və Ermənistana üz tuturlar. Şəxsi təyyarələrdəki hər oturacağa görə qiymət 22-27 min avro arasında dəyişir. Səkkiz nəfərlik biznes təyyarələrinin icarə qiymətləri isə 80-140 min avrodan təklif edilir. Bu da adi hallardakı qiymətlərdən dəfələrlə bahadır.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
16:21 / 20 Oktyabr 2026
29
16:16 / 20 Oktyabr 2026
43
16:14 / 20 Oktyabr 2026
42
16:06 / 20 Oktyabr 2026
92
15:57 / 20 Oktyabr 2026
353
15:50 / 20 Oktyabr 2026
62
15:30 / 20 Oktyabr 2026
534
15:26 / 20 Oktyabr 2026
61
15:18 / 20 Oktyabr 2026
82
15:15 / 20 Oktyabr 2026
79
15:09 / 20 Oktyabr 2026
243
15:04 / 20 Oktyabr 2026
78
14:56 / 20 Oktyabr 2026
78
14:49 / 20 Oktyabr 2026
68
14:42 / 20 Oktyabr 2026
103
14:40 / 20 Oktyabr 2026
227
14:35 / 20 Oktyabr 2026
72
14:26 / 20 Oktyabr 2026
79
14:15 / 20 Oktyabr 2026
195
14:12 / 20 Oktyabr 2026
80
14:06 / 20 Oktyabr 2026
97
13:59 / 20 Oktyabr 2026
96
13:52 / 20 Oktyabr 2026
65
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.