Onlara güzəşt olunacaq -MİLLİ MƏCLİS
20 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
335
27.09.2022, 16:48
“Azərbaycan Ordusu tam şəkildə Türkiyə formatına keçib. Həm təhsil, həm proqramlar, həm təchizat, həm ştat strukturu, həm də idarəçilik artıq yeni formadadır”.
Oxu24.com xəbər verir ki, bunu APA-ya açıqlamasında Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin rəisi general-mayor Füzuli Salahov deyib.
O bildirib ki, Türkiyə ilə hərbi sahədə təcrübə mübadiləsi bu gün də davam etdirilir: “Bir ildən artıqdır ki, yeni proqramlarla təhsil aparılır. Biz hesab edirik ki, bu təhsil modeli daha güclü və daha effektiv olacaq. Hərbi məktəbdən buraxılan gələcəyin zabitləri həm idarəetmə, həm qərar qəbuletmə qabiliyyətinə görə daha savadlı yetişəcəklər. Digər tərəfdən, ən əsas məsələ vətənpərvərlik hissinin güclü şəkildə aşılanması, torpağa sevgi, Ali Baş Komandana sədaqətli olmaqdır. Türkiyə ilə təcrübə mübadiləsi əsasən bizə təhsilin yeni formaya keçirilməsində kömək olub. Türkiyənin aparıcı hərbi məktəblərində həm müəllimlərimiz, həm hərbçilərimiz təhsil alıblar. Yaxın gələcəkdə Türkiyədən də tələbələr gəlib bizdə təhsil alacaq”.
Füzuli Salahov əlavə edib ki, ali hərbi məktəbə qəbul yerlərinin sayı ildən ilə artırılır: “Ali hərbi məktəbin plan yerini Müdafiə Nazirliyi müəyyənləşdirir. Biz də ona uyğun qəbul aparırıq. Ötən illə müqayisədə plan yerlərinin sayı xeyli artıb. Hesab edirik ki, gələcəkdə daha çox olacaq”.
General-mayor qeyd edib ki, bu gün bizim üçün həm kədərli, həm də qürurlu gündür: “Ona görə qürurluyuq ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı 44 gün ərzində qaytarmışıq. Azərbaycan Ordusu, Azərbaycan xalqı müzəffər Ali Baş Komandanın dəmir yumruğu ətrafında birləşdi və ermənilərin bütün ordusunu məhv etdik. Bu, Azərbaycanın ən parlaq səhifəsidir. Yüz illər ərzində belə qələbə olmamışdı. Bu şanlı tarix min il sonra da yaşayacaq, xatırlanacaq".
19:28 / 20 Oktyabr 2026
18
19:17 / 20 Oktyabr 2026
46
19:05 / 20 Oktyabr 2026
49
18:56 / 20 Oktyabr 2026
59
18:46 / 20 Oktyabr 2026
55
18:34 / 20 Oktyabr 2026
54
18:26 / 20 Oktyabr 2026
68
18:20 / 20 Oktyabr 2026
70
18:14 / 20 Oktyabr 2026
72
18:01 / 20 Oktyabr 2026
87
17:50 / 20 Oktyabr 2026
104
17:20 / 20 Oktyabr 2026
95
17:10 / 20 Oktyabr 2026
82
16:59 / 20 Oktyabr 2026
89
16:57 / 20 Oktyabr 2026
1041
16:50 / 20 Oktyabr 2026
109
16:44 / 20 Oktyabr 2026
224
16:40 / 20 Oktyabr 2026
100
16:21 / 20 Oktyabr 2026
87
16:16 / 20 Oktyabr 2026
135
16:14 / 20 Oktyabr 2026
114
16:06 / 20 Oktyabr 2026
240
15:57 / 20 Oktyabr 2026
2139
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.