Onlara güzəşt olunacaq -MİLLİ MƏCLİS
20 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1095
21.09.2022, 22:21
Ermənistanın paytaxtı İrəvan şəhərində yerləşən “Yerablur” hərbi qəbirstanlığının sahəsi genişləndirilir.
Oxu24.com erməni mediasına istinadən xəbər verir ki, Azərbaycan Ermənistan sərhədindəki son toqquşmalarda ölən erməni əsgərlərinin sayı rəsmi elan edilmiş rəqəmlərdən dəfələrlə çoxdur. Xatırladaq ki, sentyabrın 15-də Ermənistanın baş naziri Nikol Paşinyanın rəhbərliyi ilə keçirilən Təhlükəsizlik Şurasının iclasında bildirildi ki, 207 erməni əsgəri ölüb, 300-ə yaxın yaralı var, 20 nəfər isə itkin düşüb. "Qovorit Yerevan" erməni teleqram kanalının məlumatına görə, ölən əsgərlərin sayı 400-ə yaxındır.
“5165” hərəkatının üzvü Karin Tonoyan isə yaranan vəziyyətlə bağlı Paşinyan hakimiyyətini günahlandırıb. “Biz torpaqlarımızı itiririk, uşaqlarımızı itiririk, xalqı ayıltmaq üçün belə olmalıdır”, - deyə Tonoyan bildirib.
Bir çox müxalif siyasilər də verilən rəsmi rəqəmlərin real olmadığını bildiriblər.
Bakı Dövlət Universitetinin Erməni araşdırmaları elmi tədqiqat və tədris Mərkəzinin böyük elmi işçisi İsmayıl Tanrıverdinin kanalımıza verdiyi açıqlamaya görə, verilən itkilərin çoxluğu barədə dərc olunan məlumatlar Paşinyan iqtidarı tərəfindən silinir. O, Ermənistanın ehtiyatda olan polkovniki Volodya Hovanisyanın itkilərlə bağlı bir neçə gün öncə verdiyi açıqlamanın da silindiyini qeyd edib.
Bu gün isə “Hayeli” adlı yutub kanalında çıxış edən tarix elmləri namizədi, polkovnik Volodya Hovanisyan rəsmi rəqəmlərin real olmadığını bildirib.
Ermənistan ordusunda fərarilik halları da qalmaqdadır. Bu barədə yerli mətbuata Zəngəzur rayonunun kənd icra nümayəndələrindi biri Ruben Manuçaryan deyib. “Bir qrup mülki geyimli şəxs kənd mağazasına yaxınlaşaraq kənddəki vəziyyətlə maraqlanıblar və onlar satıcıdan əhalinin köçürülüb-köçürülmədiyini soruşublar” - deyə, Manuçaryan vurğulayıb.
Erməni mediası təhlükəsizlik orqanlarına təhvil verilən həmin şəxslərin son döyüşlər vaxtı postları qoyub qaçan erməni hərbçiləri olduğunu bildirib.
SON DƏQİQƏ! Müdafiə Nazirliyi təcili açıqlama yaydı
23:59 / 20 Oktyabr 2026
75
23:35 / 20 Oktyabr 2026
95
23:23 / 20 Oktyabr 2026
83
23:16 / 20 Oktyabr 2026
75
22:54 / 20 Oktyabr 2026
109
22:44 / 20 Oktyabr 2026
94
22:33 / 20 Oktyabr 2026
128
22:22 / 20 Oktyabr 2026
87
22:22 / 20 Oktyabr 2026
96
21:51 / 20 Oktyabr 2026
204
21:47 / 20 Oktyabr 2026
179
21:42 / 20 Oktyabr 2026
107
21:39 / 20 Oktyabr 2026
416
21:33 / 20 Oktyabr 2026
1152
21:28 / 20 Oktyabr 2026
97
21:22 / 20 Oktyabr 2026
478
21:17 / 20 Oktyabr 2026
97
21:15 / 20 Oktyabr 2026
96
21:06 / 20 Oktyabr 2026
93
21:03 / 20 Oktyabr 2026
85
21:00 / 20 Oktyabr 2026
79
20:55 / 20 Oktyabr 2026
76
20:50 / 20 Oktyabr 2026
97
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.