Qaynar xətt:

(+99450) 247 90 86

Tələbə Şəhidimiz - Ruhu şad olsun

Tələbə Şəhidimiz - Ruhu şad olsun

REDAKTORUN SEÇİMİ

1199

17.09.2022, 10:33

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Ermənistan Silahlı Qüvvələrinin son təxribatları zamanı şəhid olan Cəmil Qurbanzadə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA) tələbəsi olub.
ADBTİA-dan Oxu24.com-a verilən məlumata görə, 2020-ci ildə boks üzrə məşq və fiziki hazırlıq fakültəsinin qiyabi şöbəsinə daxil olan Qurbanzadə 1 il sonra həqiqi hərbi xidmətə yollanıb. O, Laçın istiqamətində düşmənin təxribatlarının qarşısını alarkən şəhidlik zirvəsinə ucalıb.
Cəmil Qurbanzadə 2003-cü il aprelin 27-də Astara şəhərində anadan olub. Qeyd edək ki, sentyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanla dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.