Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73812
az

Eyni gündə dəfn olunan ata-bala - Tükürpədici faktlar +VİDEO

21:1514 Sentyabr, 2022
3525
REDAKTORUN SEÇİMİ
  • A

Bakıda oğlunun şəhid olduğu xəbərini eşidən ata vəfat edib.

Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.

Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan 48 yaşlı ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək vəfat edib.

Oxu24.com-un  məlumatına görə, Vadimin hərbçi olmasını atası hər kəsdən çox istəyirmiş. Elə buna görə də həmişə oğlunu dəstəkləyərək, əlindən gələni edib. Hələ kiçik yaşlarından balasını heç bir zaman tək qoymayan ata, indiki məqamda da əməlinə sadiq oldu: O, Vadimlə birgə son mənzilə yollandı, qara torpağa tapşırıldı.

25 yaşlı Vadimdən geriyə isə hələ 1 yaşı tamam olmamış qızı və 2 ay sonra doğulacaq oğlu qaldı. Bir də analarının əllərini bərk-bərk tutub, onu təsəlli edəcək sözlər tapmayan qardaşları...

İkinci Qarabağ müharibəsinin də iştirakçısı olan Vadim Qocayev döyüşlərin sonuna yaxın ağır yaralanır. Bütün təkidlərə baxmayaraq, amalından dönmür və Xüsusi Təyinatlılara yaraşan mərdliklə bu ali yola davam edir.

Qəhrəmanımız Vadim Qocayev və belə bir mərd, igid oğul böyüdən atası Alik Qocayev yan-yana, Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! Mayın 16-sı tarixi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ
70 gün sonra meyiti tapılan qız görün kim imiş -Tükürpədici detallar
Qaz olmayacaq - XƏBƏRDARLIQ

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Penitensiar Xidmət və DİN birgə əməliyyat keçirdi