Onlara güzəşt olunacaq -MİLLİ MƏCLİS
20 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
3820
14.09.2022, 21:15
Bakıda oğlunun şəhid olduğu xəbərini eşidən ata vəfat edib.
Ermənistan silahlı qüvvələri tərəfindən dövlət sərhədində törədilən genişmiqyaslı təxribatın qarşısını alarkən şəhidlik zirvəsinə yüksələn Vadim Qocayevin atası Alik Qocayev ürəktutmadan dünyasını dəyişib.
Şəhid oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan 48 yaşlı ata oğlunun cənazəsini təhvil almazdan öncə infarkt keçirərək vəfat edib.
Oxu24.com-un məlumatına görə, Vadimin hərbçi olmasını atası hər kəsdən çox istəyirmiş. Elə buna görə də həmişə oğlunu dəstəkləyərək, əlindən gələni edib. Hələ kiçik yaşlarından balasını heç bir zaman tək qoymayan ata, indiki məqamda da əməlinə sadiq oldu: O, Vadimlə birgə son mənzilə yollandı, qara torpağa tapşırıldı.
25 yaşlı Vadimdən geriyə isə hələ 1 yaşı tamam olmamış qızı və 2 ay sonra doğulacaq oğlu qaldı. Bir də analarının əllərini bərk-bərk tutub, onu təsəlli edəcək sözlər tapmayan qardaşları...
İkinci Qarabağ müharibəsinin də iştirakçısı olan Vadim Qocayev döyüşlərin sonuna yaxın ağır yaralanır. Bütün təkidlərə baxmayaraq, amalından dönmür və Xüsusi Təyinatlılara yaraşan mərdliklə bu ali yola davam edir.
Qəhrəmanımız Vadim Qocayev və belə bir mərd, igid oğul böyüdən atası Alik Qocayev yan-yana, Qobustan rayonunun Sündü kənd qəbiristanlığında torpağa tapşırılıb. Allah rəhmət eləsin.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
12:23 / 21 Oktyabr 2026
12
12:22 / 21 Oktyabr 2026
26
12:20 / 21 Oktyabr 2026
30
12:13 / 21 Oktyabr 2026
35
12:07 / 21 Oktyabr 2026
42
12:01 / 21 Oktyabr 2026
180
11:55 / 21 Oktyabr 2026
145
11:53 / 21 Oktyabr 2026
44
11:44 / 21 Oktyabr 2026
56
11:41 / 21 Oktyabr 2026
58
11:38 / 21 Oktyabr 2026
62
11:37 / 21 Oktyabr 2026
60
11:26 / 21 Oktyabr 2026
62
11:10 / 21 Oktyabr 2026
557
11:10 / 21 Oktyabr 2026
67
11:09 / 21 Oktyabr 2026
125
11:00 / 21 Oktyabr 2026
62
10:44 / 21 Oktyabr 2026
77
10:36 / 21 Oktyabr 2026
176
10:35 / 21 Oktyabr 2026
66
10:28 / 21 Oktyabr 2026
112
10:26 / 21 Oktyabr 2026
86
10:20 / 21 Oktyabr 2026
68
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.