Qaynar xətt:

(+99450) 247 90 86

TƏCİLİ! KTMT Ermənistanın məktubuna cavab verdi

TƏCİLİ! KTMT Ermənistanın məktubuna cavab verdi

REDAKTORUN SEÇİMİ

1874

13.09.2022, 14:49

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Katibliyi Ermənistan-Azərbaycan sərhədində vəziyyətin gərginləşməsini şərh edib.
Oxu24.com xəbər verir ki, KTMT-nin şərhində qeyd olunub: “2022-ci il sentyabrın 13-nə keçən gecə Ermənistan və Azərbaycan sərhədində ağır silahlar və PUA-ların istifadəsi ilə toqquşmalar olub. Nəticədə ölən və yaralananlar var.
Biz güc tətbiqini qəbuledilməz hesab edirik. Ziddiyyətlərin həlli üçün Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli bəyanatlarında əksini tapmış müstəsna olaraq siyasi və diplomatik üsullardan, həmçinin razılaşmalardan istifadə edilməlidir. Bu il sentyabrın 13-də saat 09:00-dan etibarən təmas xəttində atəşkəs əldə edilməsində Rusiya Federasiyasının vasitəçilik səylərini yüksək qiymətləndiririk. Ermənistan tərəfinin Ermənistan Respublikasına yardım üçün KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasına müraciəti ilə əlaqədar olaraq, Təşkilatın Katibliyi KTMT-nin Birgə Qərargahı ilə birlikdə yaranmış vəziyyətin nizamlanması üçün KTMT mexanizmlərinin aktivləşdirilməsi üzrə iş təşkil edib”.