Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73669
az

SON DƏQİQƏ! Bakıda şok əməliyyat:44 nəfər tutuldu

20:0912 Sentyabr, 2022
435
REDAKTORUN SEÇİMİ
  • A

Nizami və Yasamal rayonlarında narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.
 
Bu barədə  Oxu24.com-a DİN-in mətbuat xidmətindən bildirilib.
 
Nizami Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən son 1 həftə ərzində "Keşlə”, "8-ci kilometr” qəsəbələri və digər ərazilərdə keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 15 nəfər saxlanılıb. Onlardan ümumilikdə 2 kiloqrama yaxın yüksək təsiredici xassəyə malik heroin, marixuana, tiryək və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər Nizami rayonu və paytaxtın digər ərazilərində narkotik maddələrin qanunsuz dövriyyəsini həyata keçirdiklərini bildiriblər.
 
Yasamal Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən isə son 10 gün ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan ümumilikdə 29 nəfər tutulub. Aşkar edilən bütün faktlarla əlaqədar İdarənin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir.
 
Nizami və Yasamal rayonları ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin ifşa edilməsi istiqamətində əməliyyatlar davam etdirilir.

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

DİQQƏT! DİN vətəndaşlara müraciət edib
Sabah Azərbaycanın bəzi ərazilərində su kəsiləcək
Minik avtomobilləri toqquşub, xəsarət alanlar var - FOTO

Dünyanın ən kök oğlanı belə çəki itirdi - Foto

18+

Sumqayıtda avtomobil qızı küçədə vurub öldürdü (18+VİDEO)
Raket binaya belə düşdü - DƏHŞƏTLİ VİDEO
Ucar rayonunun kəndləri bir neçə saatdır işıqsız qalıb
Mədəaltı Vəzin Təbii Müalicəsi - Təmizləyir və CAVANLAŞDIRIR
Rəşad Dağlı əfv olunacaq? - “Hər şey ola bilər”