Bakı 28°C
USD - 1.7010
EUR - 1.9120
RUB - 0.026
73667
az

Rasim Məmmədovla Ramiz Mehdiyevi NƏ BAĞLAYIR? - ŞOK DETALLAR

19:5712 Sentyabr, 2022
702
REDAKTORUN SEÇİMİ
  • A

"Baku Steel Company” şirkətinin sabiq rəhbəri Rasim Məmmədovun cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

APA xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən iclasda Rasim Məmmədovun vəkilləri vəsatət qaldıraraq digər vəkil Elçin Sadıqovun ofisində axtarış aparılan zaman sənədlərin götürüldüyünü bildirib, bu səbəbdən prosesin təxirə salınmasını istəyiblər.

Məhkəmə vəsatəti təmin etməyib.

Daha sonra təqsirləndirilən şəxs sərbəst ifadə verib.

Rasim Məmmədov bildirib ki, 2008-ci ildən “Baku Stell Company”də işləməyə başlayıb. 2011-ci ildə isə 30 milyon manat ödəyərək şirkətin tək sahibi olub: "Əvvəl zavodun 25 faiz payı mənə, 75 faizi əcnəbilərə məxsus idi. 3-4 milyon gəlir həmin adamlar üçün maraqlı deyildi. Dedilər ki, “Balaxanı Oil” yatağına maraqları var, kömək edim, oranı alsınlar. Mən də kömək etdim. Sonradan “Baku Steel”dəki paylarını 30 milyon manata mənə satdılar. “Balaxanı Oil” məsələsinə görə o vaxt Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə görüşüb, detalları razılaşdırdıq. Əvvəl 300 milyona razılaşdıq, sonra məbləği 350, daha sonra 400, ardınca da 450 milyona qaldırdılar. Hər dəfə qiymətin qaldırılması narahatlıq yaradırdı. Mən zavodu alanda o qədər pis vəziyyətdə idi ki, heç kimə lazım deyildi. Mənə heç kim pul ödəməyib, zavodu tək almışam. Deyirlər ki, zavodu talan eləmisən, əksinə mən oranı düzəltmişəm. Əvəz Zeynallı da ancaq mənim pis işlərimi işıqlandırıb. Deyir, türmədə mənə şərait yaradıblar. Hansı şərait? Mən iki ildir ana-atamı görmürəm".

Rasim Məmmədov məhkəmədə Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin də adını çəkib: "Mən Ramiz Mehdiyev və Bəylər Əyyubovu həmişə atam qədər istəmişəm. İşdən sonra Ramiz Mehdiyevi gəzdirmişəm, xəstə olub yanına getmişəm".

Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarını da cavablandırıb.

Prokuror ilk olaraq Rasim Məmmədovdan nəyə görə aldığı şirkətləri öz adına rəsmiləşdirmədiyini soruşub.

"Bu cür rahat olur", - deyə Rasim Məmmədov cavab verib.

"Nəyə görə pis vəziyyətdə olan zavodu almaq qərarına gəldiniz" sualına isə təqsirləndirilən şəxs "oranın potensialına bələd idim" cavabını verib.

Rasim Məmmədov 13 milyon manat mənimsəmə ilə bağlı epizodu qəbul etməyib:

"Mən kassadan pul götürməmişəm, ümumiyyətlə, "Baku Steel Company" şirkətinin kassası olmayıb. Deyirlər ki, xəyanət etmisən... Kimə xəyanət etmişəm?"

Rasim Məmmədova "Baku Steel Company" şirkətində işləyənlərə qanunsuz göstərişlər verilməsi ilə bağlı dediklərinə dair də sual verilib. O, suala cavab vermək istəməyib.

Proses sentyabrın 16-da davam etdiriləcək.

Qeyd edək ki, Rasim Məmmədov Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən həbs olunub. 

 

Oxu24.com

ŞƏRHLƏR

BÖLMƏNİN ÇOX OXUNANLARI

Dəhşətli xəbər gəldi: Ölən və yaralılar var
Əhaliyə xəbərdarlıq:Dekabrın 17-18-də...
ŞOK! Bəşər Əsəd görün nə yazdı

Qadın ərini pişiyə görə məhkəməyə verdiö

18+

Köpəkbalığı qadına hücum etdi - VİDEO
Tural Sadıqlı və Məhəmməd Mirzəli haqda sensassion faktlar(VİDEO)
Satışda zəhərli uşaq paltarları aşkarlandı— Bu işdə “Azərenerji” rəhbərinin oğlunun da adı hallanır
Bu xəstəxanaya baş həkim təyin edildi- Foto
İtkin düşən 6     nəfər     tapıldı