Onlara güzəşt olunacaq -MİLLİ MƏCLİS
20 Oktyabr 2026, 12:30
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
861
08.09.2022, 13:50
İnstaqramda xüsusi proqramlardan istifadə etməklə vətəndaşların profillərindəki şəkilləri ələ keçirən və daha sonra həmin şəkilləri əxlaqsız formada yayacağı ilə hədələyərək pul tələb edən şəxs saxlanılıb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə naməlum şəxsin sosial şəbəkələrdə vətəndaşlara məxsus bağlı profillərdən xüsusi proqramlardan istifadə etməklə şəkillər götürdüyü və fotomantaj vasitəsi ilə əxlaqsız formaya salaraq digər saxta instaqram hesablarında yaydığı barədə məlumatlar daxil olub.
Həmin məlumatlar əsasında həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində qeyd edilən qanunazidd əməlləri törədən Yaşar Məmmədov tutularaq Baş İdarəyə gətirilib.
Ətrafında aparılan araşdırmalarla müəyyən edilib ki, o, profillərdən əldə etdiyi şəkilləri özünün yaratdığı səhifələrdə rüsvayedici formada paylaşıb. Daha sonra Yaşar Məmmədov həmin şəkillərin sahibləri ilə sosial şəbəkə üzərindən əlaqə yaradıb özünü kompüter proqramçısı kimi qələmə verərək “köməyini” təklif edib. Yaşar Məmmədov şəkillərin sosial şəbəkələrdən silinməsi müqabilində zərərçəkənlərdən müxtəlif məbləğlərdə pul vəsaitlərini ona məxsus bank kartlarına köçürülməsini istəyib. Bu yolla Yaşar Məmmədovun 50-ə yaxın sosial şəbəkə istifadəçisinin etibarından sui-istifadə edərək onların pul vəsaitlərini ələ keçirdiyi məlum olub.
Aşkar edilən faktlarla bağlı Baş İdarədə araşdırmalar davam etdirilir.
"Yaşar Məmmədovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda bir daha vətəndaşların sosial şəbəkələrdə şəxsi məlumatlarını paylaşan zaman maksimum dərəcədə diqqətli olmağa, şübhəli keçidlərə keçməməyə və real həyatda tanımadıqları şəxslərlə ünsiyyət qurmaqdan çəkinməyə çağırırıq", - məlumatda qeyd edilib.
23:04 / 21 Oktyabr 2026
19
23:00 / 21 Oktyabr 2026
26
22:59 / 21 Oktyabr 2026
26
22:52 / 21 Oktyabr 2026
42
22:23 / 21 Oktyabr 2026
68
22:18 / 21 Oktyabr 2026
75
22:12 / 21 Oktyabr 2026
77
21:56 / 21 Oktyabr 2026
87
21:45 / 21 Oktyabr 2026
93
21:38 / 21 Oktyabr 2026
206
21:25 / 21 Oktyabr 2026
147
21:15 / 21 Oktyabr 2026
84
21:12 / 21 Oktyabr 2026
2009
21:06 / 21 Oktyabr 2026
97
21:04 / 21 Oktyabr 2026
95
21:02 / 21 Oktyabr 2026
172
20:59 / 21 Oktyabr 2026
136
20:49 / 21 Oktyabr 2026
101
20:42 / 21 Oktyabr 2026
73
20:39 / 21 Oktyabr 2026
453
20:39 / 21 Oktyabr 2026
74
20:33 / 21 Oktyabr 2026
87
20:28 / 21 Oktyabr 2026
254
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.