İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
708
27.08.2022, 22:50
Salyanda oğurluq üçün evlərə girib insanları dəmirlə döyürlər
Salyanda müxtəlif vaxtlarda qarət məqsədi ilə maskalı şəxslər tərəfindən 6 evə basqın edilib.
APA TV-nin yerli bürosunun xəbərinə görə, silsilə qarətlər rayonun Yenikənd kəndində baş verib. Son 10 gündə gecə saatlarında evlərə qarət məqsədi ilə basqın edən həmin şəxslər oyaq olan 2 ev sakininə müxtəlif xəsarətlər yetiriblər. Bəzi evlərdən pul aparıblar. Kənd sakinləri baş verən olaylardan narahat olduqlarından gecələr yatmırlar.
Salyan rayon İcra Hakimiyyəti başçısının Yenikənd kənd inzibati ərazi vahidi üzrə nümayəndəsi Pirverdi Cəfərov kənddə baş verən hadisə ilə bağlı APA TV-yə bunları bildirib:
“Artıq neçə gündür ki, gecələr yatmırıq. Polis harda biz də orda. Evə basqın edən şəxslər evdən əsasən pul aparıblar. Birindən 900 manat, bir evdən 50 manat. Hətta maşından siqareti belə götürüblər. İki nəfərə xəsarət yetiriblər. Mətbəxdə olan qadına başından dəmir parçası ilə xəsaərət yetirilib. Başına 3 tikiş qoyulub. Bir nəfər şübhəli şəxs qismində saxlanılıb. Gecə şübhələndiyimiz şəxsin izinə düşdük onu da bir qara maşın götürüb apardı Xələcə kəndinə tərəf getdi. Saatda bəlkə 200 sürətlə sürüdü. Maşının nömrəsini götürüb verdim polisə. Sübh namazına kmi polis və sakinlərələ kəndi gəzirik.”
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov sorğumuza cavab olaraq bildirdi ki, hadisələrlə bağlı Salyan Rayon Polis Şöbəsində cinayət işi açılıb. Hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
"Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
12:20 / 23 Oktyabr 2026
4
12:18 / 23 Oktyabr 2026
8
12:15 / 23 Oktyabr 2026
14
12:13 / 23 Oktyabr 2026
29
12:10 / 23 Oktyabr 2026
30
12:07 / 23 Oktyabr 2026
40
12:00 / 23 Oktyabr 2026
36
11:43 / 23 Oktyabr 2026
198
11:23 / 23 Oktyabr 2026
63
11:19 / 23 Oktyabr 2026
72
11:17 / 23 Oktyabr 2026
278
11:05 / 23 Oktyabr 2026
76
10:55 / 23 Oktyabr 2026
384
10:50 / 23 Oktyabr 2026
81
10:31 / 23 Oktyabr 2026
143
10:29 / 23 Oktyabr 2026
79
10:25 / 23 Oktyabr 2026
194
10:24 / 23 Oktyabr 2026
80
09:54 / 23 Oktyabr 2026
80
09:48 / 23 Oktyabr 2026
510
09:46 / 23 Oktyabr 2026
191
09:41 / 23 Oktyabr 2026
81
09:28 / 23 Oktyabr 2026
93
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.