İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
524
27.08.2022, 17:32
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Şuşa, Ağdam və Füzuli şəhərlərinə təşkil etdiyi müntəzəm avtobus reyslərinə sentyabr ayına olan biletlər 29 avqust 2022-ci il saat 15:00-da satışa çıxarılacaq.
Oxu24.com xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi və sərnişindaşımaya dair məlumat bazasının formalaşdırılması məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir. Təhlükəsizliyin təmin edilməsi, işğaldan azad edilmiş ərazilərə giriş icazəsinin bilet alışı prosesi ilə sinxronlaşdırılması, güzəşt tətbiq ediləcək şəxslərin müəyyənləşməsi üçün onlayn bilet satışı portalı müvafiq informasiya sistemlərinə inteqrasiya edilib.
Bilet almaq üçün şəxsiyyəti təsdiq edən sənəddəki məlumatları sistemə daxil etmək lazımdır. Hər bir bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Biletlər alındıqdan sonra başqa şəxsə transfer edilməsi mümkün deyil.
Sərnişinlər gediş və qayıdış biletlərini əvvəlcədən eyni vaxtda sifariş etməlidirlər.
Səfər zamanı təhlükəsizliyin təmin olunması məqsədilə sərnişinləri polis əməkdaşları müşayiət edir. Şuşa, Ağdam və Füzuli şəhərlərində tarixi, mədəni və dini abidələr ziyarət olunur.
Qeyd edək ki, Şuşa və Ağdam şəhərlərinə müntəzəm avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib. Füzuli istiqamətində isə ilk reys iyunun 25-də həyata keçirilib.
12:52 / 23 Oktyabr 2026
1
12:51 / 23 Oktyabr 2026
9
12:49 / 23 Oktyabr 2026
17
12:45 / 23 Oktyabr 2026
24
12:42 / 23 Oktyabr 2026
25
12:34 / 23 Oktyabr 2026
296
12:20 / 23 Oktyabr 2026
54
12:18 / 23 Oktyabr 2026
59
12:15 / 23 Oktyabr 2026
82
12:13 / 23 Oktyabr 2026
67
12:10 / 23 Oktyabr 2026
57
12:07 / 23 Oktyabr 2026
264
12:00 / 23 Oktyabr 2026
55
11:43 / 23 Oktyabr 2026
259
11:23 / 23 Oktyabr 2026
74
11:19 / 23 Oktyabr 2026
83
11:17 / 23 Oktyabr 2026
333
11:05 / 23 Oktyabr 2026
83
10:55 / 23 Oktyabr 2026
448
10:50 / 23 Oktyabr 2026
88
10:31 / 23 Oktyabr 2026
156
10:29 / 23 Oktyabr 2026
84
10:25 / 23 Oktyabr 2026
203
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.