İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1280
27.08.2022, 12:27
Türkiyədə bərbərxanalar və gözəllik salonları həftədə bir gün bağlı olacaq.
Bu barədə ölkənin Ticarət nazirliyi qərar verib. Sözügedən qərarın 1 oktyabr 2022-ci il tarixindən etibarən icrasına başlanılacaq.
Nazirliyin Türkiyə Bərbər və Gözəllik Salonu Operatorları Federasiyasının tələbi ilə bu addımı atdığı qeyd olunub.
Məlumata görə, obyektlərin həftənin hansı günü bağlanacağı, sektoru təmsil edən peşəkar təşkilatların fikirləri də alınaraq, hər bir bölgənin dinamikası daxilində valilər tərəfindən müəyyən ediləcək.
Bildirilib ki, bərbərlərin və gözəllik salonlarının eyni gündə bağlanması məcburi deyil:
“Bu qərarla bərbərxana və gözəllik salonunun işçilərinə həftədə ən azı bir gün istirahətə icazə verilir. Məqsəd bu yolla onların psixi və fiziki sağlamlığının qorunmasına, motivasiyanın, performansın və xidmət keyfiyyətinin artırılmasına, daha da əhəmiyyətlisi, ailə və sosial əlaqələrin gücləndirilməsinə töhfə verməkdir”.
Həmçinin qeyd olunub ki, bağlanma qərarı heç bir ayrı-seçkiliyə yol verilmədən bütün müəssisələrə bərabər şəkildə tətbiq ediləcəyi üçün haqsız rəqabət və müəssisələrin iqtisadi itkisinin qarşısı alınır. (sfera.az)
13:26 / 23 Oktyabr 2026
1
13:25 / 23 Oktyabr 2026
7
13:21 / 23 Oktyabr 2026
29
13:11 / 23 Oktyabr 2026
39
13:09 / 23 Oktyabr 2026
43
13:02 / 23 Oktyabr 2026
50
12:57 / 23 Oktyabr 2026
57
12:52 / 23 Oktyabr 2026
93
12:51 / 23 Oktyabr 2026
56
12:49 / 23 Oktyabr 2026
62
12:45 / 23 Oktyabr 2026
60
12:42 / 23 Oktyabr 2026
57
12:34 / 23 Oktyabr 2026
716
12:20 / 23 Oktyabr 2026
75
12:18 / 23 Oktyabr 2026
79
12:15 / 23 Oktyabr 2026
126
12:13 / 23 Oktyabr 2026
90
12:10 / 23 Oktyabr 2026
74
12:07 / 23 Oktyabr 2026
382
12:00 / 23 Oktyabr 2026
74
11:43 / 23 Oktyabr 2026
299
11:23 / 23 Oktyabr 2026
76
11:19 / 23 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.