İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
794
27.08.2022, 12:19
Baş Dövlət Yol Polisi İdarəsi ötən gün 3 nəfər piyadanın vurulması faktı ilə bağlı məlumat yayıb.
Oxu24.com-un məlumatına görə, DİN BDYPİ-nin rəsmisi Mübariz Ağayev bildirib ki, avqustun 26-sı, saat 23:00 radələrində Bakı şəhər sakini Faiq Quliyev idarə etdiyi “Toyota Prius” markalı 77-PJ-712 dövlət qeydiyyat nişanlı avtomobillə paytaxtın Səbail rayonunda hərəkətdə olarkən yolu keçən üç nəfər piyadanı vurub.
Nəticədə Türkiyə vətəndaşı 1978-ci il təvəllüdlü Yusif Türksoy hadisə yerində həyatını itirib, digər piyadalar – 1987-cü il təvəllüdlü Əhmədova Xəyalə Fərman qızı və 1988-ci il təvəllüdlü İsmayılova Gülnar Muxtar qızı isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır: "Təəssüf ki, qeyd olunan yol-nəqliyyat hadisəsinin baş vermə səbəblərindən biri də yuxarıda adları qeyd olunan şəxslərin ərazidə yeraltı piyada keçidinin olmasına baxmayaraq, avtomobillərin intensiv və yüksək sürətlə hərəkət etdiyi yolu piyadalar üçün nəzərdən tutulmayan yerdən keçməyə cəhd göstərmələri olub".
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edərək, onları sözügedən yol qəzasının baş vermə səbəblərindən düzgün nəticə çıxarmağa, yol hərəkəti qaydalarına istisnasız əməl etməyə, özlərinin və digər hərəkət iştirakçılarının həyat və sağlamlığına biganə qalmamağa çağırır.
13:26 / 23 Oktyabr 2026
1
13:25 / 23 Oktyabr 2026
7
13:21 / 23 Oktyabr 2026
29
13:11 / 23 Oktyabr 2026
39
13:09 / 23 Oktyabr 2026
43
13:02 / 23 Oktyabr 2026
50
12:57 / 23 Oktyabr 2026
57
12:52 / 23 Oktyabr 2026
93
12:51 / 23 Oktyabr 2026
56
12:49 / 23 Oktyabr 2026
62
12:45 / 23 Oktyabr 2026
60
12:42 / 23 Oktyabr 2026
57
12:34 / 23 Oktyabr 2026
716
12:20 / 23 Oktyabr 2026
75
12:18 / 23 Oktyabr 2026
79
12:15 / 23 Oktyabr 2026
126
12:13 / 23 Oktyabr 2026
90
12:10 / 23 Oktyabr 2026
74
12:07 / 23 Oktyabr 2026
382
12:00 / 23 Oktyabr 2026
74
11:43 / 23 Oktyabr 2026
299
11:23 / 23 Oktyabr 2026
76
11:19 / 23 Oktyabr 2026
85
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.