Qaynar xətt:

(+99450) 247 90 86

Ordumuz hansı ərazini nəzarətə götürüb? - Həmin yerdən FOTO

Ordumuz hansı ərazini nəzarətə götürüb? - Həmin yerdən FOTO

REDAKTORUN SEÇİMİ

1036

04.08.2022, 13:05

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkədə Ordumuzun avqustun 3-ü keçirdiyi antiterror əməliyyatında nəzarətə götürdüyü Sarıbaba dağının möhtəşəm görüntüsü yayılıb.

 

Oxu24.com  xəbər verir ki, bununla bağlı yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov paylaşım edib.

O qeyd edib ki, fotonu bu ilin yanvarında dağın şimal-qərbindən - doğulduğu Mayıs kəndindən, təxminən 20 km məsafədən çəkib: “Sarıbabanın görünən tərəfi Laçındır. Arxası isə Şuşa ərazisidir. Dünənki əməliyyatda dağın arxası da çaqqallardan təmizlənib. Ordumuza eşq olsun! Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Qeyd edək ki, Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürülüb.