İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
482
04.08.2022, 09:50
Dövlət İmtahan Mərkəzi (DİM) "Abituriyent" jurnalının 3-cü nömrəsini və “Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları”nı nəşr edib.
DİM-dən Oxu24.com-a verilən məlumaat görə, "Abituriyent" jurnalının 3-cü nömrəsində 2022/2023-cü tədris ili üçün Azərbaycan Respublikasının ümumi orta (9 illik) təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı, qəbul aparılan ixtisaslar, onların plan yerləri, elektron ərizə verən abituriyent üçün təlimat, "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nin nümunəsi və digər zəruri materiallar Azərbaycan və rus dillərində təqdim edilib.
“Ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2021-ci ilin tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları” xüsusi buraxılışında isə ixtisaslar üzrə minimal keçid balları dərc edilib.
Nəzərinizə çatdırırıq ki, ötən illərdə formalaşmış keçid balları ixtisas seçimi zamanı müəyyən mənada oriyentir rolunu oynayır. Ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində seçən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərin ildən ilə dəyişməsi nəticəsində hər il minimal keçid ballarında müəyyən fərq yaranır. Bununla belə oxşar meyillər, tendensiyalar da müşahidə edilir. Odur ki, abituriyentlər ixtisas seçimi zamanı ötən illərdə formalaşmış keçid ballarına istinad edərkən, onların hər ilin imtahan nəticələrindən asılı olaraq dəyişməsini nəzərdə saxlamalıdırlar.
Jurnalları "Abituriyent" satış köşkündən (Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28), həmçinin kitab mağazalarından almaq və ya www.abiturient.az saytından sifariş etmək mümkündür.
10:00 / 24 Oktyabr 2026
1
01:32 / 24 Oktyabr 2026
111
23:56 / 23 Oktyabr 2026
99
23:54 / 23 Oktyabr 2026
93
23:51 / 23 Oktyabr 2026
86
23:48 / 23 Oktyabr 2026
92
23:44 / 23 Oktyabr 2026
100
23:30 / 23 Oktyabr 2026
92
23:23 / 23 Oktyabr 2026
105
23:19 / 23 Oktyabr 2026
93
23:13 / 23 Oktyabr 2026
102
23:08 / 23 Oktyabr 2026
96
22:58 / 23 Oktyabr 2026
99
22:44 / 23 Oktyabr 2026
96
22:35 / 23 Oktyabr 2026
90
22:24 / 23 Oktyabr 2026
98
22:10 / 23 Oktyabr 2026
102
21:59 / 23 Oktyabr 2026
96
21:39 / 23 Oktyabr 2026
107
21:36 / 23 Oktyabr 2026
98
21:20 / 23 Oktyabr 2026
86
21:17 / 23 Oktyabr 2026
96
20:52 / 23 Oktyabr 2026
94
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.