İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
341
01.08.2022, 22:01
Son vaxtlar ölkədə bahalaşmanın davam etməsinə baxmayaraq, gözlənilən sosial paket təqdim olunmadı.Yəni maaş, pensiya, sosial müavinətlər artırılmadı. Bazarda isə mövcud qiymət artımı ilə yanaşı, kommunal xidmətlərlə bağlı da xərclər artıb. Limitin tətbiqi əhalinin xərclərini daha da artırır. Ekspertlərin fikrincə, Azərbaycanın milli sərvəti olan, kənardan idxal etmədiyimiz, neft, qazın qiymətini ucuzlaşdrmaqla əhalinin kommunal xərclərini yüngülləşdirmək olardı. Məsələn, elektrik, qaz, ümumiyyətlə, bütün kommunal xidmətlər üzrə tarifləri azaltmaq mümkündür.Qeyd edək ki, qarşıdan payız-qış mövsümü gəlir və bu dövrdə daha çox yanacağa ehtiyac var.
Mövcud bahalıq, yeni sosial paketin təqdim edilmədiyi şəraitində əhalinin problemlərini yüngülləşdirmək üçün limitin aradan qaldırılması yenidən gündəmə gələ bilərmi?
Millət vəkili Tahir Rzayev Cebhe.info-ya bildirdi ki, büdcədə nəzərdə tutulan müəyyən məsələlər var ki, bunlar əmək haqlarının, müavinətlərin artırılması, sosial layihələrin həyata keçiriməsidir:
“Fikrimcə, qarşıdakı aylarda mütləq bununla bağlı sosial paket həyata keçirilməlidir. Cənab Prezident də son çıxışlarında bildirdi ki, sosial layihələr mütləq davam etdiriləcək. Sosial paketə daxil olan məsələlər mütləq öz təsdiqini tapmalıdır. Buna heç bir şübhə ola bilməz. Çünki büdcədə artıq nəzərdə tutulub. Əgər büdcədə nəzərdə tutulubsa, ola bilsin ki, sentyabr, oktyabr ayında sosial layihələr həyata keçiriləcək”.
Limitin ləğv olunması məsələsinə gəldikdə isə millət vəkili bu barədə konkret fikir deyə bilməyəcəyini vurğulayıb:
“Bu, hökumətin qərarından asılı olacaq. Milli Məclisin son iclasında bəzi millət vəkilləri tərəfindən limitin ləğv olunması məsələsi qaldırılmışdı. Ancaq hökumətin qarşısına tapşırıqlar qoyulub və əgər hökumət vacib görərsə, bunları yerinə yetirəcək”.
15:22 / 24 Oktyabr 2026
1
15:00 / 24 Oktyabr 2026
22
14:55 / 24 Oktyabr 2026
47
14:35 / 24 Oktyabr 2026
59
14:30 / 24 Oktyabr 2026
71
14:22 / 24 Oktyabr 2026
116
14:19 / 24 Oktyabr 2026
75
14:15 / 24 Oktyabr 2026
72
14:08 / 24 Oktyabr 2026
81
14:03 / 24 Oktyabr 2026
245
13:54 / 24 Oktyabr 2026
77
13:45 / 24 Oktyabr 2026
76
13:39 / 24 Oktyabr 2026
359
13:23 / 24 Oktyabr 2026
907
13:13 / 24 Oktyabr 2026
603
13:02 / 24 Oktyabr 2026
75
13:01 / 24 Oktyabr 2026
91
12:58 / 24 Oktyabr 2026
216
12:29 / 24 Oktyabr 2026
143
12:24 / 24 Oktyabr 2026
190
12:15 / 24 Oktyabr 2026
83
12:13 / 24 Oktyabr 2026
191
12:06 / 24 Oktyabr 2026
541
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.