İcra başçısı əkdiyi düyüdən aş qonaqlığı verir -VİDEO
23 Oktyabr 2026, 11:43
Qaynar xətt:
(+99450) 247 90 86
REDAKTORUN SEÇİMİ
1322
30.07.2022, 00:16
“Məhərrəm ayı haram aylardan sayılır və bu ayda yalnız müharibə edilməsi qadağandı. Sadəcə olaraq biz Məhərrəm ayını İmam Hüseynin və onunla birgə olanların şəhadətinə görə dərin ehtiramla keçiririk”.
Bu sözləri Oxu24.com-a Məhərrəm ayı ilə bağlı açıqlamasında Heydər məscidinin axundu Hacı Rüfət Qarayev dedi. Axundun sözlərinə görə, ümumilikdə Məhərrəm və Səfər ayında insanlar digər aylardakı həyat tərzindən bir az fərqli yaşayırlar, bu ayların ehtiramını saxlayırlar. Bəzən suallar ünvanlanır ki, bu aylarda qurban kəsmək olarmı, olmazmı? Bunların Məhərrəmliklə heç bir əlaqəsi yoxdur”.
Məhərrəm ayında ad günü şənliyi qeyd etmək, belə şənliklərə qatılmaq, tv izləmək, musiqi dinləmək və s. bu qəbildən olan şeyləri etmək olarmı?
Məscid axundu dedi ki, siz Allah qatında məqamınızı bilmək istəyirsinizsə, Allahın sizin yanınızda, qəlbinizdə məqamına baxın: “Biz insanlar Allahın dininə, İslama nə qədər dəyər veririksə, o qədər də Allah qatında dəyərli olmuş oluruq. Əslində ayların hamısı eynidi, ayı dəyərli edən həmin ayda olan ağır hadisələrin olmasıdır. İmam Hüseyn və 72 şəhid, xüsusilə onlar arasında Azərbaycandan da olan iki şəhidin olması ruhaniyyətlərinə olan ehtiramdı. Məsələn, biz necə Xocalı hadisəsinin il dönümü günü toy, şənlik etmiriksə, bu günlər də daha ağır, dərin faciədir. Bütün bəşəriyyətə, insanlığa verilən şəhidlik məktəbidir. Bu gün seyid Mübariz İbrahimov Azərbaycan uğrunda şəhid olubsa, onun seyidliyi İmam Hüseyndən gələn bir silsilədir. Mübariz ordan öyrənmişdi o şəhidliyi ki, vətən uğrunda fədakarlıq göstərdi. Biz övladlarımıza Məhərrəm ayında İmam Hüseyni, Kərbəlanı, şəhidliyin nə olduğunu anlatsaq, təbii ki, onlar da vətənini sevən insan kimi yetişəcəklər”.
18:40 / 24 Oktyabr 2026
5
18:27 / 24 Oktyabr 2026
28
18:20 / 24 Oktyabr 2026
52
18:13 / 24 Oktyabr 2026
60
18:07 / 24 Oktyabr 2026
64
18:02 / 24 Oktyabr 2026
271
17:59 / 24 Oktyabr 2026
67
17:59 / 24 Oktyabr 2026
220
17:38 / 24 Oktyabr 2026
1250
17:27 / 24 Oktyabr 2026
416
17:19 / 24 Oktyabr 2026
216
16:25 / 24 Oktyabr 2026
76
15:22 / 24 Oktyabr 2026
145
15:00 / 24 Oktyabr 2026
105
14:55 / 24 Oktyabr 2026
99
14:35 / 24 Oktyabr 2026
91
14:30 / 24 Oktyabr 2026
91
14:22 / 24 Oktyabr 2026
228
14:19 / 24 Oktyabr 2026
106
14:15 / 24 Oktyabr 2026
95
14:08 / 24 Oktyabr 2026
121
14:03 / 24 Oktyabr 2026
430
13:54 / 24 Oktyabr 2026
91
© 2026 Oxu24.com Müəllif hüquqları qorunur.