Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Azərbaycanda məşhur iş adamı qəzada öldü - VİDEO

SON DƏQİQƏ! Azərbaycanda məşhur iş adamı qəzada öldü - VİDEO

REDAKTORUN SEÇİMİ

11684

28.07.2022, 23:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün Xaçmaz rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzası baş verib.

“Qafqazinfo”nun məlumatına görə, Xaçmaz-Quba yolunun Armudpadar kəndindən keçən hissəsində “Toyota Prado” markalı minik avtomobili yük maşınına çırpılıb.

Nəticədə “Toyota Prado”nun sürücüsü, 1962-ci il təvəllüdlü Cəlil Güləhmədov və sərnişini, 1985-ci il təvəllüdlü Zaur Quliyev aldıqları xəsarətlərdən vəfat ediblər.

Qeyd edək ki, qəzada vəfat edən C.Güləhmədov şimal bölgəsində geniş fəaliyyət göstərən iş adamlarından olub və “Şahdağ Cəlil” adı ilə tanınıb. O, özünə məxsus mağazalar vasitəsilə topdan satış fəaliyyəti ilə məşğul olub.

Faktla bağlı araşdırma aparılır.