Qaynar xətt:

(+99450) 247 90 86

Qubada dəhşətli hadisə: Xeyli sayda adamı yaraladı

Qubada dəhşətli hadisə: Xeyli sayda adamı yaraladı

REDAKTORUN SEÇİMİ

437

26.07.2022, 09:45

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Quba sakini Xaçmazda arvadını və daha üç qohumunu bıçaqlayıb.
"Report"un Şimal bürosu xəbər verir ki, hadisə Niyazoba kəndində qeydə alınıb. Quba rayonunun Dağlı kənd sakini Niyaməddin Qiyaməddin oğlu Qədirov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Ülviyyə Teymur qızı Qədirovanı, Xaçmaz rayonunun Niyazoba kənd sakinləri: - qayınanası, 1965-ci il təvəllüdlü Zəkiyyə Nuruyevanı, qaynı, 1997-ci il təvəllüdlü Elçin Teymur oğlu Nuruyevi və baldızı, 1998-ci il təvəllüdlü Röya Teymur qızı Nuruyevanı bıçaqlayıb.
Yaralılar təcili tibbi yardımın köməyi ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Faktla bağlı araşdırma aparılır.