Qaynar xətt:

(+99450) 247 90 86

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

Bakıdan Naxçıvana yeni avtobus reysi açılır

REDAKTORUN SEÇİMİ

402

22.07.2022, 11:18

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bu gündən Bakı-Naxçıvan istiqaməti üzrə yeni avtobus reysi açılır.
Oxu24.com xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb. Məlumata görə, avtobus hər gün axşam saat 21:00-da Bakı Beynəlxalq Avtovağzal Kompleksindən yola düşəcək və səhər saat 9:00-da Naxçıvan şəhərinə çatacaq. 5 yaşına qədər uşaqlar üçün gediş haqqı (oturacaq verilməmək şərti ilə) pulsuzdur. 5 yaşından 10 yaşına qədər uşaqlar üçün isə biletin qiymətinin 50%-i ödənilir.
Sərnişinlərin istəyinə uyğun olaraq beş yaşınadək uşaqlar üçün də bileti yarı qiymətinə əldə etmək mümkündür. Biletləri avtovağzalın kassalarından və //avtovagzal.az/ saytından onlayn qaydada əldə etmək mümkündür.