Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

SON DƏQİQƏ! Hava ilə bağlı xəbərdarlıq edildi

REDAKTORUN SEÇİMİ

850

22.07.2022, 07:28

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda və Abşeron yarımadasında iyulun 22-də hava şəraiti yağmursuz keçəcək.
Milli Hidrometeorologiya Xidmətindən Oxu24.com-a verilən məlumata görə, arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 21-24° isti, gündüz 30-33° isti olacaq. Bakıda gecə 22-24° isti, gündüz 31-33° isti olacaq. Atmosfer təzyiqi 753 mm civə sütunundan 757 mm civə sütununa yüksələcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 21-25° isti, gündüz 33-38° isti, dağlarda gecə 10-15° isti, gündüz 20-25° isti olacaq.