Qaynar xətt:

(+99450) 247 90 86

Bakıda dəhşətli hadisə: Ölən var

Bakıda dəhşətli hadisə: Ölən var

REDAKTORUN SEÇİMİ

439

06.07.2022, 10:55

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol
Bakıda yolu keçən piyadanı iki avtomobil vuraraq öldürüb.
Bu barədə Oxu24.com-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, iyulun 5-də saat 2 radələrində Nizami rayonu ərazisində Bakı şəhər sakini İ.Orduxanov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən paytaxt sakini Rəhman Xəlilovu vurduqdan sonra arxadan gələn Tovuz rayon sakini Ü.Məmmədov da idarə etdiyi “Opel” markalı avtomobillə həmin şəxsi vurub.
Nəticədə xəsarət alan R.Xəlilov xəstəxanaya aparılarkən yolda ölüb. Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.