Qaynar xətt:

(+99450) 247 90 86

SON DƏQİQƏ AÇIQLAMASI: İranda baş verən güclü zəlzələ Azərbaycanda da gözlənilirmi?

SON DƏQİQƏ AÇIQLAMASI: İranda baş verən güclü zəlzələ Azərbaycanda da gözlənilirmi?

REDAKTORUN SEÇİMİ

595

03.07.2022, 22:57

Google
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ötən gün İranda baş vermiş ardıcıl zəlzələlər bir kəndi tamamilə dağıdıb.

Oxu24.com-un  məlumatına görə, güclü zəlzələdən sonra afterşoklar davam edir. Bəs bu zəlzələlər Azərbaycanda seysmik aktivliyə təsir göstərə bilərmi?

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli hesab edir ki, narahatlığa əsas yoxdur.

Onun sözlərinə görə, zəlzələdən sonra afterşokların olması normaldır. Çünki enerji boşalması baş verməlidir. Afterşoklar təxminən 1 ay davam edəcək.

Qeyd edək ki, ötən gecə yerli vaxtla 2:02 radələrində İranın Hörmüzqan vilayətinin Bəndər Lenge rayonunda 6,1 bal gücündə zəlzələ baş verib və 28 afterşok qeydə alınıb. Zəlzələ nəticəsində 5 nəfər ölüb.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: